Qazaxda 23 yaşlı oğlan minaya düşdü .....                     PARTİYA SƏDRİ İLƏ DEPUTAT ARASINDA “ATIŞMA” .....                     Xoşqədəm Hidayətqızı GİZLİNLƏRİ AÇDI: .....                     Mərhum bəstəkarın xanımından etiraz: .....                     “İlon Mask sputniklə camaata internet paylayır, mən isə pulunu verirəm, amma 100 meqabitimi ala bilmirəm” .....                     Bu məktəblərdə oxuyan şagirdlərə təqaüd verilə bilər .....                     “Urmiyə gölü qurusa, İran bir tikə çörəyə möhtac qalacaq” .....                     Müəllimlərin hər birindən qanunsuz olaraq, 60 manat tələb olunur... .....                     "Biz düşmənlikdən rəqabətə keçən yolu doğru sayırıq" .....                     Müharibə Ağ Evdə kimi prezident edəcək? .....                     “Qərb Ermənistana yalnız kökə göstərir” .....                     Aİ Rusiya və İrana qarşı sanksiyaları genişləndirəcək .....                     Narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü yol polisləri tərəfindən saxlanılıb .....                     Jurnalistin anasının ölümü ilə bağlı araşdırma yekunlaşdı .....                     "Onun deputat seçilməsi xalqa təhqirdir" .....                     Zəngəzur: Cənubi Qafqazın taleyini dəyişdirəcək dəhliz .....                     Haqsız yerə işdən çıxarıldı, indi ÇƏTİN DURUMDADIR... .....                     Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi .....                     İçdi, qanunu pozdu və qəhrəman oldu... .....                     Ermənilər panikada: lokal döyüşlər gözlənilir .....                     Biz mümkün qədər tez sülh müqaviləsi bağlamağa hazırıq .....                     “Livan İsrailə bir ildə 14 min raket atıb” .....                     Hindistan rupisi yeni tarixi minimum yeniləyib .....                     Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb .....                     Rüşvətə görə həbs edilən sabiq direktor bəraət istəyir .....                     Tibb Universitetinin professoru vəfat etdi .....                     EDM-lərə yaşıl işıq yandırılıb, sahibkarlar keçmək istəmirlər .....                     "Özünü bu günə salmağa ehtiyac yox idi" .....                     Şirkətlər “Yelo Bank”dan nə qədər vəsait geri götürüb? .....                     “Azklima Service” MMC -nin dövlətə küllü miqdarda .....                     Deputat Asif Əsgərov seçiciləri ilə ilk görüşünü keçirdi .....                     “Bosh shelf”in departament müdiri SOCAR prezidentindən çox maaş alır? .....                     "Aslan Hacıyevin nə istədiyini biz anlaya bilmirik..." .....                     Azad Füzuli sürətlə bərpa edilir .....                     "Onlar da acığa düşüb, işimi lap ağırlaşdırdılar" .....                     Lalə Məmmədovadan qızları ilə bağlı paylaşım .....                     İlqar Qəribovu məsuliyyətdən belə qurtarıblar... .....                     Bakı metrosunun deposunda əmlaka qəsdən ziyan vuran .....                     TƏBİB-in daha 5 tenderi ləğv olundu .....                     Ramiz Mehdiyev Avropa Məhkəməsinə şikayət edəcək? .....                 

Aİ-nin “qara siyahı”sına düşən azərbaycanlı kimdir? - Rusiyanın “kölgə donanması”
Tarix: 13-09-2024, 16:55 | Çap et
Aİ-nin “qara siyahı”sına düşən azərbaycanlı kimdir?
Aİ hazırda Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün alətlər hazırlayır.
Dia-az.İnfo Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Arianna Podesta cümə axşamı, sentyabrın 12-də keçirdiyi brifinqdə məlumat verib.
Jurnalistin konkret şirkətlərə və gəmilərə qarşı sanksiyaların nəzərdə tutulub-tutulmadığını, Rusiyanın qeyri-qanuni neft ticarətindən ayda 18-19 milyard avro qazandığını, 600-ə yaxın “kölgə donanması” tankerinin cəlb etməklə 60 dollarlıq “qiymət tavanı”na məhəl qoymadığını soruşduqda, o, AB-nin indi yeni sanksiya alətləri üzərində işlədiyini qeyd edib.
“Sanksiyalar davam edən prosesdir, çünki Rusiya daim sanksiyalardan yan keçməyə çalışıb və buna görə də bu cür yayınma manevrlərini aradan qaldırmaq üçün zamanla bizim sanksiyalar paketimiz dəyişib. Mən bilirəm ki, bu proses müxtəlif mərhələlərdə davam edir”, deyə o əlavə edib.
“Bloomberg”in məlumatına görə, az tanınan, o cümlədən bir ildən az əvvəl yaradılmış şirkətlər Rusiyadan gündə təxminən 1,5 milyon barel neft ixracında iştirak edir.
Onlardan ən əsası arxasında Azərbaycan vətəndaşı Tahir Qarayevin durduğu “Coral Energy” şirkətidir. Avqustun sonunda məlum olub ki, şirkət rəhbərliyi tərəfindən səhmlərin geri alınması başa çatdıqdan sonra “Coral Energy Group” adının “2Rivers Group”a dəyişdiyini elan edib. 2022-2023-cü illərdə “CoraI Energy” Qərb mediası nəşrlərində Rusiya neft və neft məhsullarının satışı üzrə ən güclü operatorlardan biri kimi görünüb.
Sirli “Coral Energy korporasiyasına gəlincə, milyardlarla dollar dövriyyəsi olan şirkət və onun azərbaycanlı sahibi haqqında açıq mənbələrdə çox az məlumat var. Yalnız məlumdur ki, 43 yaşlı Qarayev Oksford məzunudur və 2010-cu ildə Dubayda şirkətini təsis edib. Şirkətin Cenevrə və Sinqapurda ofisləri var. O da məlumdur ki, Tahir Qarayev əsasən Moskvada yaşayır, lakin tez-tez Dubay və Cenevrədə olur

“Energy Intelligence”nin 2022-ci ilin iyununda dərc etdiyi araşdırmadan belə məlum olur ki, Tahir Qarayevin şirkəti kölgədə qalmağa üstünlük verir. Dünya mediasına sızan kifayət qədər az məlumat bu qurumun əvvəllər Rusiyanın dövlət neft konserni “Rosnef”lə əməkdaşlıq etdiyi qənaətinə gəlməyə imkan verir. Həmçinin məlum olub ki, “Coral Energy” hazırda Türkiyə, Saharaaltı Afrika və dünyanın digər regionlarında ticarət edir. Korporativ sənədlərə əsasən, “Coral Energy” 100 faiz Azərbaycan vətəndaşı Tahir Qarayevin təsis etdiyi Dubayda yerləşən “Vetus Investments” şirkətinə məxsusdur.
Yada salaq ki, Vaşinqton və London öz məlumatlarına əsasən, İrandan Rusiya Federasiyasına hərbi nəqliyyatda iştirak edən şəxslər və şirkətlərə məhdudiyyətlər qoyub. Böyük Britaniya Rusiya Aerokosmik Qüvvələrinə qarşı sanksiyalar tətbiq edib.
ABŞ Dövlət Departamentinin press-relizində qeyd edildiyi kimi, bu şirkətlər “Rusiya Federasiyasının iqtisadiyyatının dəniz sektorunda fəaliyyət göstərib və ya fəaliyyət göstərirlər”. ABŞ səlahiyyətlilərinə görə, “Vafa Wholesale Ltd” İranın PUA ilə əlaqəli avadanlıqlarını Xəzər dənizi vasitəsilə İrandan Rusiyaya daşıyan gəmilərə sahibdir.
Konkret olaraq, söhbət ABŞ-ın da sanksiyalarına məruz qalan “Vəfa” və “Vəfa-1” gəmilərindən gedir. “Sea River Service” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus gəmilər arasında “Omski-103”, “Omski-119” və “Zakamsk” gəmilərinə məhdudiyyətlər qoyulub. ABŞ səlahiyyətlilərinə görə, “Omski-103” gəmisi digər şeylərlə yanaşı, 2024-cü ilin fevralında Xəzər dənizi vasitəsilə İrandan Rusiyaya sursat daşıyıb. Tətbiq olunan sanksiyalara görə yuxarıda adı çəkilən şirkətlərin ABŞ-dakı və ya ABŞ vətəndaşlarının əlində olan bütün əmlakları dondurulub. Dövlət Departamenti qeyd edir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) məlumatlandırılmalıdır.
Sentyabrın 10-da Böyük Britaniya Rusiyanın “Skif-V”, “Omski-103”, “Musa Cəlil”, “Baltiyski” və “Begey” gəmilərinə qarşı sanksiyalar elan edib. Böyük Britaniya hökumətinin saytında qeyd edildiyi kimi, bu gəmilər İrandan Rusiyaya hərbi yüklərin daşınmasında iştirak edir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazaxda 23 yaşlı oğlan minaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:02
PARTİYA SƏDRİ İLƏ DEPUTAT ARASINDA “ATIŞMA” – “Səni kimi elmlər doktoru olmaqdansa...”
Bu gün, 11:58
Xoşqədəm Hidayətqızı GİZLİNLƏRİ AÇDI: - “Pulu əlində qalırdı, efirə buraxmırdılar”
Bu gün, 11:46
Mərhum bəstəkarın xanımından etiraz: - Gənc xanəndə məşhur mahnıya dəyişiklik edib?
Bu gün, 11:44
“İlon Mask sputniklə camaata internet paylayır, mən isə pulunu verirəm, amma 100 meqabitimi ala bilmirəm” - ETİRAZ VAR...
Bu gün, 11:37
Bu məktəblərdə oxuyan şagirdlərə təqaüd verilə bilər - AÇIQLAMA
Bu gün, 11:34
“Urmiyə gölü qurusa, İran bir tikə çörəyə möhtac qalacaq” - FAKT BUDUR!
Bu gün, 11:29
Müəllimlərin hər birindən qanunsuz olaraq, 60 manat tələb olunur... - NARAZILIQ VAR...
Bu gün, 11:26
"Biz düşmənlikdən rəqabətə keçən yolu doğru sayırıq" - Partiya sədri
Bu gün, 11:21
Müharibə Ağ Evdə kimi prezident edəcək? - AKTUAL
Bu gün, 11:19
“Qərb Ermənistana yalnız kökə göstərir” - Sotiriadis
Bu gün, 11:18
Aİ Rusiya və İrana qarşı sanksiyaları genişləndirəcək – Politico
Bu gün, 11:15
Narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü yol polisləri tərəfindən saxlanılıb - FOTO, VİDEO
Bu gün, 11:12
Jurnalistin anasının ölümü ilə bağlı araşdırma yekunlaşdı - Cinayət işi açılmadı
Bu gün, 11:07
"Onun deputat seçilməsi xalqa təhqirdir" - Professorla tarixçi alim arasında qarşıdurma
Bu gün, 11:05
Zəngəzur: Cənubi Qafqazın taleyini dəyişdirəcək dəhliz - İNCƏLƏMƏ
Bu gün, 11:02
Haqsız yerə işdən çıxarıldı, indi ÇƏTİN DURUMDADIR... - NƏ ETSİN?!!
Bu gün, 10:49
Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR
Bu gün, 10:39
İçdi, qanunu pozdu və qəhrəman oldu...
Bu gün, 10:34
Ermənilər panikada: lokal döyüşlər gözlənilir - GƏLİŞMƏ
Bu gün, 10:29
Biz mümkün qədər tez sülh müqaviləsi bağlamağa hazırıq - QRİQORYAN
Bu gün, 10:28
“Livan İsrailə bir ildə 14 min raket atıb” – Yoav Qalant
Bu gün, 10:26
Hindistan rupisi yeni tarixi minimum yeniləyib
Bu gün, 10:23
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Bu gün, 10:11
Rüşvətə görə həbs edilən sabiq direktor bəraət istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:07
Tibb Universitetinin professoru vəfat etdi
Bu gün, 10:02
EDM-lərə yaşıl işıq yandırılıb, sahibkarlar keçmək istəmirlər - Maşın var, şərait yoxdur
Bu gün, 10:00
"Özünü bu günə salmağa ehtiyac yox idi"
Bu gün, 09:58
Şirkətlər “Yelo Bank”dan nə qədər vəsait geri götürüb? — yüz milyonlarla manat
Bu gün, 09:55
“Azklima Service” MMC -nin dövlətə küllü miqdarda - VERGİ BORCU YARANIB
Bu gün, 09:51
Deputat Asif Əsgərov seçiciləri ilə ilk görüşünü keçirdi - FOTO
Bu gün, 09:38
“Bosh shelf”in departament müdiri SOCAR prezidentindən çox maaş alır? – İLHAM EMİNBƏYLİ HAQDA ŞOK İDDİALAR
Bu gün, 09:34
"Aslan Hacıyevin nə istədiyini biz anlaya bilmirik..." - NAZİRƏ MÜRACİƏT
Bu gün, 09:29
Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:23
"Onlar da acığa düşüb, işimi lap ağırlaşdırdılar" - AXI NİYƏ?
Bu gün, 09:22
Lalə Məmmədovadan qızları ilə bağlı paylaşım - FOTO
Bu gün, 09:15
İlqar Qəribovu məsuliyyətdən belə qurtarıblar... - İLGİNC FAKTLAR
Bu gün, 09:12
Bakı metrosunun deposunda əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı apellyasiya şikayəti verdi
Bu gün, 09:08
TƏBİB-in daha 5 tenderi ləğv olundu - BU NƏDİ BELƏ?!
Bu gün, 09:00
Ramiz Mehdiyev Avropa Məhkəməsinə şikayət edəcək? - Tanınmış vəkil keçmiş PA şefinə YOL GÖSTƏRDİ
Bu gün, 08:58
Daha nə qədər erməni əsgər intihar etməyə hazırlaşır? - Stepan Danielyan
Bu gün, 08:53
Hakim Tural Məmmədov iddiaları necə araşdırır? - "ABC-TELECOM" MMC və o...
Bu gün, 08:52
Azərbaycanda inşaat şirkəti mənfəət və zərərini bölüşdürəcək
Bu gün, 08:47
Ermənilər Trampdan niyə qorxur? – 5 noyabrdan sonra…
Bu gün, 08:45
Əhməd cəmiyyət arasına qayıda bilərmi? - AÇIQLAMA
Bu gün, 08:38
"Verdikləri internetdə nə artım var, nə keyfiyət..." - NƏ ETMƏLİ?
Bu gün, 08:32
KAPİTAL BANK cibimiziə belə girir... - GİLEY
Bu gün, 08:22
ADAU-da vəziyyət acınacaqlı durumdadır... - NARAZILIQ VAR...
Bu gün, 08:10
Ümid Zəngəzur dəhlizinədir... - Belə davam edərsə...
Bu gün, 08:02
1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
Bu gün, 07:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru