Separatizmə son qoyan əməliyyat - MƏQALƏ
Tarix: 16-09-2024, 10:57 | Çap et
Sentyabr ayının Azərbaycan Xalqının tarixində xüsusi yeri var. Çünki həm 2020-ci ilin sentyabrın 27-də İkinci Qarabağ müşaribəsi başlayaraq 44 gündə ordumuzun qələbəsi ilə başa çatdı. Həm də 2023-cü ilin sentyabrın 19-da birgünlük antiterror tədbirləri ilə Qarabağdakı separatizmə son qoyuldu və xunta əbədilik ləğv edildi. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə başa çatandan sonra Ermənistan kapitulyasiya sənədinə imza atdı. Belə ki, Azərbaycanın, Rusiyanın prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat qalib Azərbaycanın şərtləri əsasında formalaşdı. İşğalçı Ermənistan həmin Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçını döyüşsüz təslim etdi. Beləliklə, qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə nail oldu. Ancaq üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində nəinki öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmadı, əksinə bura əlavə canlı qüvvə və hərbi texnika yerləşdirdi. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı haqlı narahatlığını ifadə edərək dəfələrlə rəsmi İrəvana, onların xaricdəki havadarlarına və digər tərəflərə mesaj verərək bildirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 2023-cü ilin 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın – Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına cavab olaraq aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın– Xankəndi yolunun başlanğıcında «Laçın» nəzarət-buraxılış məntəqəsi yaratdı. Kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq «prezident»lərini seçir, qondarma «parlament»ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Beləliklə, artıq zamanın tələbi idi ki, ordumuz qəti adımlar atmaqla bu separtizmə birdəfəlik son qoysun. Belə də oldu. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat- diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qeyd etməliyik ki, antiterror tədbirləri zamanı bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, hərbçilərimizin qəhrəmanlığı, peşəkarlığı nəticəsində qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə edildi. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdi ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Bir sözlə, 2023-cü il sentyabrın 28-də Qarabağın separatçı və qondarma rejiminin «rəhbəri» Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli Bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə nəticələndi.
Vasif İsayev Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant Dia-az.İnfo
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakı metropolitenində platformalarda təhlükəsizlik qapıları quraşdırıla bilər?
Bu gün, 15:00 |
|
|
|
• Soltanlı kəndi uğrunda 3 gün qanlı döyüşlər gedib - Aran Qarabağın açarı
Bu gün, 14:49 |
|
|
|
• Paşinyan yenə yolların açılmasından danışır, amma...
Bu gün, 14:47 |
|
|
|
• "Anamı, oğlumu, qardaşımı itirmişəm..." - AzTV-nin ilk ali dərəcəli qadın rejissoru
Bu gün, 14:39 |
|
|
|
• "Cəmi 24 saatdan az müddətdə..." - deputat
Bu gün, 14:10 |
|
|
|
• Köçəryan və Sərkisyan Bakıya verilir? – Karapetyandan sensasiya
Bu gün, 14:01 |
|
|
|
• İrəvan təhlükəli oyunun içindədir və bu onlara ağır başa gələcək - ŞƏRH
Bu gün, 13:59 |
|
|
|
• Vilayət Quliyev 2-ci ordu korpusuna komandir təyin olundu - ƏMR
Bu gün, 13:57 |
|
|
|
• Bu məktubla ABŞ Dövlət Departamentini ifşa etdilər - deputat
Bu gün, 13:45 |
|
|
|
• "İşlədiyim müddət ərzində çoxlu dostlar qazandım..."
Bu gün, 13:17 |
|
|
|
• "Bu kimi rəzilləri öz adı ilə çağırmaq lazımdır!" - Mirşahin OD PÜSKÜRDÜ
Bu gün, 13:14 |
|
|
|
• Dərslər başlayıb, amma dərslik problemi hələ də qalır... - "Əgər məktəblərimizdə ixtisaslı müəllim çatışmırsa..."
Bu gün, 13:09 |
|
|
|
• Sahibkarlar bir aydan çoxdur ki, evlərinə çörək apara bilmirlər - NARAZILIQ VAR
Bu gün, 13:05 |
|
|
|
• Naxçıvan Təhsil Nazirliyində Talıbov ənənələri - Haqsızlığa etiraz edən müəllimə “xan” qaydası cəzalandırıldı
Bu gün, 12:40 |
|
|
|
• İsrail SEPAH-ın hücumunu gözləyir - Cavab hazırlanıb
Bu gün, 12:25 |
|
|
|
• “Dini qurumlarla iş mənə daha uyğun sahədir” - Fazil Mustafa
Bu gün, 12:23 |
|
|
|
• Samirəynən Əli oynamaq üstündə dava edib
Bu gün, 12:20 |
|
|
|
• Azərbaycan üçün təhlükəli xəstəliklər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:17 |
|
|
|
• Zəfər Günü ilə bağlı bu qərar verilərsə... - AKTUAL
Bu gün, 12:12 |
|
|
|
• "Ay millət, oxumaq zildən qışqırmaq deyil" - ETİRAZ
Bu gün, 11:38 |
|
|
|
• Vaşinqtonun məkrli planı: Bakıdan İrəvana “təslim olmasını” istəyirlər - FAKT BUDUR!
Bu gün, 11:34 |
|
|
|
• Naxçıvan səhiyyəsində nə işlər çevrilir? - İLGİNC FAKTLAR
Bu gün, 11:28 |
|
|
|
• Dünyada ucuzlaşma, bizdə bahalaşma yaşanır - NƏ BAŞ VERİR?
Bu gün, 11:16 |
|
|
|
• Baba Rzayevlə bağlı nə baş verir? – Şiddətli töhmətin arxasındakı sensasion məqam
Bu gün, 10:27 |
|
|
|
• Paşinyan əgər Bakıya gələrsə... - Ermənistan qarışacaq?
Bu gün, 10:21 |
|
|
|
• “Mossad” peycerləri partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırıb? - KİV
Bu gün, 10:17 |
|
|
|
• "Hər dəfə mənim malım gələndə bütün Azərbaycan bilir..." - Bakı gömrüyü qarşısında ETİRAZ
Bu gün, 10:15 |
|
|
|
• "Atamın üzünə ağ olmamışam..."
Bu gün, 10:10 |
|
|
|
• Tanınmış erməni jurnalistdən SENSASİON AÇIQLAMALAR - "Əliyevə və Paşinyana müraciət edirəm..."
Bu gün, 10:04 |
|
|
|
• İrəvanın qaçacaq YERİ YOXDUR... - ÇÜNKİ...
Bu gün, 08:02 |
|
|
|
• Ermənilər hər vəchlə Qərbi Azərbaycana qayıdışa mane olsa da... - İNCƏLƏMƏ
Bu gün, 07:58 |
|
|
|
• Yuxarı qiymətə aşağı keyfiyyət... - NƏ ETMƏLİ?
Bu gün, 07:51 |
|
|
|
• Azərbaycan Pezeşkiana hələ də ümidlə baxır? - Görünəni odur ki...
Bu gün, 07:40 |
|
|
|
• Gəlir səviyyəsinə görə Cənubi Qafqazda niyə ən geridəyik? - "Bank sektorumuz..."
Bu gün, 07:32 |
|
|
|
• "Bu efir söhbətləri deyil"
Bu gün, 07:28 |
|
|
|
• Prezident Naxçıvana ayrılan vəsaiti niyə azaldıb? - AKTUAL
Bu gün, 07:24 |
|
|
|
• "Qərbin addımları dağıdıcılığa xidmət edir” - Azərbaycana qarşı qarayaxma
Bu gün, 00:28 |
|
|
|
• “Deyir efirdə muğam oxuma, bəs məni niyə çağırmısan?” - Əməkdar artist gileyləndi
Bu gün, 00:22 |
|
|
|
• “Gürcü arzusu”nun Gürcüstanı və ya yenidən Rusiyanın orbitinə qayıdış - GƏLİŞMƏ
Bu gün, 00:17 |
|
|
|
• Deputatlar Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini istəyiblər - MÜRACİƏT
Dünən, 20:40 |
|
|
|
• "Xidmət yaxşıdır... amma ehtiyatlı olun..." - FOTOFAKT
Dünən, 15:07 |
|
|
|
• Fransanın silahlandırdığı Ermənistan... - rəsmən SAVAŞI KÖRÜKLƏYİRLƏR...
Dünən, 15:05 |
|
|
|
• Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib
Dünən, 14:52 |
|
|
|
• Əliyevin üç ölkə ilə bağlı planı: - "Qərbin xoşuna gəlməyən budur"
Dünən, 14:51 |
|
|
|
• Makron gücü çatmayacaq vədlər verib, "erməni ümidləri" Parisdə "dəfn" edilir
Dünən, 14:43 |
|
|
|
• "Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar" - deputat
Dünən, 14:42 |
|
|
|
• Elgiz Elməddinin təklifini geri çevirib
Dünən, 14:30 |
|
|
|
• Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? - AÇIQLAMA
Dünən, 14:27 |
|
|
|
• Balababa Rzayevə şiddətli töhmət elan edilib - SƏRƏNCAM
Dünən, 14:23 |
|
|
|
• Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb
Dünən, 14:14 |
|
|
|
|