“Sülh sazişini günü sabah imzalamağa hazırıq” - Mirzoyan
Tarix: 16-09-2024, 11:08 |
Çap et
Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazırdır,
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Stefan Sejurnla İrəvanda birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, fransalı həmkarı ilə regional sabitlik məsələlərini müzakirə edib və Ermənistanın sülh gündəminə sadiqliyini təsdiqləyib.
“Bildiyiniz kimi, biz mətnin tam razılaşdırıldığı ən son təklifləri irəli sürmüşük. Razılaşdırılmış mətni günü sabah imzalamağa hazırıq”, - Mirzoyan deyib.
Erməni nazir ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdığı, Almatı bəyannaməsi və SSRİ-nin dağılması zamanı mövcud olan sərhədlərin tanındığı müqaviləni imzalamağa hazır olduqlarını vurğulayıb.