Fuad Əsgərov məhkəmə zalında HƏBS OLUNDU - BUNA GÖRƏ...
Tarix: 16-09-2024, 11:11 |
Çap et
Tanışına ağır xəsarət yetitməkdə təqsirləndirilən Fuad Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Fuad Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub, o, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, hadisə bu ilin əvvəlində Bakı şəhərində baş verib.
F.Əsgərov tanışı Elmar Nağı oğlu Əliyevə bıçaqla xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb.
Sonradan tərəflər barışıb, F.Əsgərov əməlindən peşman olduğunu bildirib. Zərərçəkən məhkəmənin çağırışlarına gəlmədiyindən məhkəmə heyəti barışıq ərizəsini əldə edə bilməyib.