Rusiyadan Azərbaycana köçürmələr niyə azalıb? - Ukrayna müharibəsi, qapalı sərhədlər...
Tarix: 16-09-2024, 12:14 | Çap et
Rusiyadan Azərbaycana fiziki şəxslərin göndərdiyi pulların həcmi iki dəfədən də çox azalıb. Bu barədə haqqin.az saytı Frank RG analitik şirkətinə istinadla məlumat yayıb. Şirkət bu məlumatı Azərbaycanın Mərkəzi Bankından götürüb. Məlumatda bildirilirdi ki, 2024-cü ilin altı ayında fiziki şəxslərin Rusiyadan Azərbaycana pul köçürmələri 608 milyon ABŞ dollarından 287,1 milyon ABŞ dollarına düşüb. Həmçinin bildirilir ki, Rusiyadan pul köçürmələr Azərbaycan bazarının 50 faizini təşkil edir. 2023-cü ilin ortasında bu rəqəm 68,2 faiz olub. Yəni bir il ərzində 18,2 faiz azalma var.
Göründüyü kimi, Rusiyadan Azərbaycana göndərilən pulların məbləği sürətlə azalır. 1998-ci ildə bu rəqəm 1 milyard dollardan çox idi. Sonrakı illərdə tədricən azalma olsa da, indiki həddə düşməmişdi. İndi isə həmin məbləği ancaq xəyal etmək olar.
Əslində Rusiya dünyanın təbii ehtiyatlarına görə ən zəngin ölkəsidir. Belə bir ölkə ilə qonşu olmaq bir tərəfdən baxanda təbii üstünlükdür. OPEC-in hesablamalarına görə, Rusiya dünyada ən böyük təbii qaz ehtiyatları olan ölkədir. Bu, dünya qaz ehtiyatlarının 30 faizindən çoxunu təşkil edir. Eyni zamanda Rusiyadakı neft dünya ehtiyatlarının 10-12 faizi, kömür 11 faizi, dəmir 25 faizi, nikel 33 faizi qədərdir. Bu günlərdə Rusiya prezidenti Vladimir Putin bildirib ki, dünyadakı almaz ehtiyatlarının 55 faizi Rusiyanın payına düşür. Qərb mənbələri bu rəqəmi 37 faiz kimi göstərsə də, Rusiya yenə də almaz ehtiyatlarına görə birincidir.
Əgər 10 ölkənin təbii ehtiyatlarının ümumi dəyərinə baxsaq, ABŞ-da bu, 45 trilyon dollar, Səudiyyə Ərəbistanında 34,4 trilyon dollar, Kanadada 33,2 trilyon dollar, İranda 27,3 trilyon dollar, Çində 23 trilyon dollar, Braziliyada 21,8 trilyon dollar, Avstraliyada 19,9 trilyon dollar, İraqda 15,9 trilyon dollar, Venesuelada 14,3 trilyon dollar dəyərindədir. Rusiya 75 trilyon dollar dəyərində olan təbii ehtiyatları ilə dünyada birinci yerdədir. Təbii ki, bu göstəriciyə görə. Ancaq öz ehtiyatlarından tam istifadə edə və effektiv iqtisadiyyat modelinə keçə bilməyib.
75 trilyon dollar dəyərində təbii ehtiyatları olan Rusiyanın dünya ümumi daxili məhsulundakı (ÜDM) payı cəmi 1,9 faizdir. Müqayisə üçün deyək ki, ABŞ-da həmin rəqəm 24,4 faiz, Çində 16,4 faizdir. Eyni zamanda bu ölkələrin dünya ixracatındakı payına baxsaq, Rusiyanın yenə 1,9 faizlik göstərici ilə Çindən və ABŞ-dan ən az 5 dəfə geri qaldığını görərik. Çin -10,7 faiz, ABŞ - 10,1 faiz. Rusiya təbii ehtiyatlarla ən zəngin ölkə olsa da, bunun müqabilində əhalisi dünya göstəricilərinin 2 faizinə çatmır. Çində bu rəqəm 18,2 faizdir. Deməli, Rusiya öz əhalisini başqa bütün ölkələrdən daha yaxşı yaşatmağa təbii olaraq qadir ölkədir. Ancaq bunu edə bilmir. 2008-cu ildə Gürcüstana, 2014-cü ildən bəri Ukraynaya hərbi müdaxiləsi Rusiyaya qarşı ABŞ-ın və Avropa İttifaqının sanksiyalar tətbiq etməsinə səbəb olub. 2022-ci ilin əvvəlindən Rusiyanın Ukrayna ilə birbaşa müharibə aparması onun iqtisadiyyatını daha çətin vəziyyətə salıb. Ölkə hərbi relsə keçib, maliyyə və əmək resursları başda olmaqla bütün imkanlarını Ukrayna üzərində qələbə qazanmaq üçün sərf eləyir. Ölkədə iqtisadi aktivlik azalır və sosial vəziyyət çətinləşir. İxracata qarşı məhdudiyyətlər var. Eyni zamanda ölkədə antimiqrant dalğası müşahidə olunur. Başqa postsovet ölkələrindən olan əmək miqrantları sıxışdırılır, diskriminasiyaya və deportasiyaya məruz qalır. Üstəlik Rusiya vətəndaşı olan keçmiş miqrantlar, hətta vətəndaşlığı olmayanlar belə gündəlik işindən və ailəsindən qoparılaraq, müharibəyə göndərilir. Bütün bunlar Rusiyada yaşayan milyonlarla etnik azərbaycanlıya da təsir edib. Onlar da öz maliyyə yığımlarını və qazanclarını özlərinə saxlamağa üstünlük verir. Bir yandan da inflyasiya, bahalaşma insanların gəlirlərini "yeyir". Ona görə Azərbaycana - öz yaxınlarına əvvəlki qədər pul göndərə bilmirlər. Bir yandan da Azərbaycanın quru sərhədləri bağlı olduğundan öz ölkəsinə gəlib-getmək üçün azərbaycnlılar daha çox pul xərcləməli olurlar. Təyyarə biletlərinə tələbat çoxaldığı üçün qiymətlər də çox bahalaşıb.
Beləliklə, aydın olur ki, Ukrayna ilə müharibənin davam etməsi və Rusiyada normal iqtisadi, siyasi sistemin olmaması nəinki Rusiyada yaşayan azərbaycanlıları çətin vəziyyətə salıb, üstəlik onların Azərbaycandakı yaxınlarının da həyatına mənfi təsir edib. Azərbaycan əhalisinin böyük bir hissəsinin dolanışığı indiyədək də Rusiyadakı yaxınlarının qazancına bağlıdır. Hətta ən təxmini hesablamalar da göstərir ki, Rusiya ABŞ və ya Avropa İttifaqındakı kimi deyil, elə Cənubi Koreya, Sinqapur kimi ölkələr qədər işlək iqtisadiyyata sahib olsa, bu ölkədən Azərbaycana gələn köçürmələr 287,1 milyon dollar deyil, milyardlarla dollar məbləğində olar. Nəticədə Azərbaycan cəmiyyəti Rusiya ilə təbii qonşuluqdan və çox sıx insani əlaqələrdən daha çox faydalana bilər. Nəzərə alaq ki, bunun üçün əlverişli siyasi şərtlər də var: Azərbaycanla Rusiya arasında dövlətlərarası münasibətlər hazırda ən üst səviyyədədir.
Seyid Əhmədli, Bizimyol.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xoşqədəm Hidayətqızı GİZLİNLƏRİ AÇDI: - “Pulu əlində qalırdı, efirə buraxmırdılar”
Bu gün, 11:46 |
|
|
|
• Mərhum bəstəkarın xanımından etiraz: - Gənc xanəndə məşhur mahnıya dəyişiklik edib?
Bu gün, 11:44 |
|
|
|
• “İlon Mask sputniklə camaata internet paylayır, mən isə pulunu verirəm, amma 100 meqabitimi ala bilmirəm” - ETİRAZ VAR...
Bu gün, 11:37 |
|
|
|
• Bu məktəblərdə oxuyan şagirdlərə təqaüd verilə bilər - AÇIQLAMA
Bu gün, 11:34 |
|
|
|
• “Urmiyə gölü qurusa, İran bir tikə çörəyə möhtac qalacaq” - FAKT BUDUR!
Bu gün, 11:29 |
|
|
|
• Müəllimlərin hər birindən qanunsuz olaraq, 60 manat tələb olunur... - NARAZILIQ VAR...
Bu gün, 11:26 |
|
|
|
• "Biz düşmənlikdən rəqabətə keçən yolu doğru sayırıq" - Partiya sədri
Bu gün, 11:21 |
|
|
|
• Müharibə Ağ Evdə kimi prezident edəcək? - AKTUAL
Bu gün, 11:19 |
|
|
|
• “Qərb Ermənistana yalnız kökə göstərir” - Sotiriadis
Bu gün, 11:18 |
|
|
|
• Aİ Rusiya və İrana qarşı sanksiyaları genişləndirəcək – Politico
Bu gün, 11:15 |
|
|
|
• Narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü yol polisləri tərəfindən saxlanılıb - FOTO, VİDEO
Bu gün, 11:12 |
|
|
|
• Jurnalistin anasının ölümü ilə bağlı araşdırma yekunlaşdı - Cinayət işi açılmadı
Bu gün, 11:07 |
|
|
|
• "Onun deputat seçilməsi xalqa təhqirdir" - Professorla tarixçi alim arasında qarşıdurma
Bu gün, 11:05 |
|
|
|
• Zəngəzur: Cənubi Qafqazın taleyini dəyişdirəcək dəhliz - İNCƏLƏMƏ
Bu gün, 11:02 |
|
|
|
• Haqsız yerə işdən çıxarıldı, indi ÇƏTİN DURUMDADIR... - NƏ ETSİN?!!
Bu gün, 10:49 |
|
|
|
• Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR
Bu gün, 10:39 |
|
|
|
• İçdi, qanunu pozdu və qəhrəman oldu...
Bu gün, 10:34 |
|
|
|
• Ermənilər panikada: lokal döyüşlər gözlənilir - GƏLİŞMƏ
Bu gün, 10:29 |
|
|
|
• Biz mümkün qədər tez sülh müqaviləsi bağlamağa hazırıq - QRİQORYAN
Bu gün, 10:28 |
|
|
|
• “Livan İsrailə bir ildə 14 min raket atıb” – Yoav Qalant
Bu gün, 10:26 |
|
|
|
• Hindistan rupisi yeni tarixi minimum yeniləyib
Bu gün, 10:23 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Bu gün, 10:11 |
|
|
|
• Rüşvətə görə həbs edilən sabiq direktor bəraət istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:07 |
|
|
|
• Tibb Universitetinin professoru vəfat etdi
Bu gün, 10:02 |
|
|
|
• EDM-lərə yaşıl işıq yandırılıb, sahibkarlar keçmək istəmirlər - Maşın var, şərait yoxdur
Bu gün, 10:00 |
|
|
|
• "Özünü bu günə salmağa ehtiyac yox idi"
Bu gün, 09:58 |
|
|
|
• Şirkətlər “Yelo Bank”dan nə qədər vəsait geri götürüb? — yüz milyonlarla manat
Bu gün, 09:55 |
|
|
|
• “Azklima Service” MMC -nin dövlətə küllü miqdarda - VERGİ BORCU YARANIB
Bu gün, 09:51 |
|
|
|
• Deputat Asif Əsgərov seçiciləri ilə ilk görüşünü keçirdi - FOTO
Bu gün, 09:38 |
|
|
|
• “Bosh shelf”in departament müdiri SOCAR prezidentindən çox maaş alır? – İLHAM EMİNBƏYLİ HAQDA ŞOK İDDİALAR
Bu gün, 09:34 |
|
|
|
• "Aslan Hacıyevin nə istədiyini biz anlaya bilmirik..." - NAZİRƏ MÜRACİƏT
Bu gün, 09:29 |
|
|
|
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:23 |
|
|
|
• "Onlar da acığa düşüb, işimi lap ağırlaşdırdılar" - AXI NİYƏ?
Bu gün, 09:22 |
|
|
|
• Lalə Məmmədovadan qızları ilə bağlı paylaşım - FOTO
Bu gün, 09:15 |
|
|
|
• İlqar Qəribovu məsuliyyətdən belə qurtarıblar... - İLGİNC FAKTLAR
Bu gün, 09:12 |
|
|
|
• Bakı metrosunun deposunda əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı apellyasiya şikayəti verdi
Bu gün, 09:08 |
|
|
|
• TƏBİB-in daha 5 tenderi ləğv olundu - BU NƏDİ BELƏ?!
Bu gün, 09:00 |
|
|
|
• Ramiz Mehdiyev Avropa Məhkəməsinə şikayət edəcək? - Tanınmış vəkil keçmiş PA şefinə YOL GÖSTƏRDİ
Bu gün, 08:58 |
|
|
|
• Daha nə qədər erməni əsgər intihar etməyə hazırlaşır? - Stepan Danielyan
Bu gün, 08:53 |
|
|
|
• Hakim Tural Məmmədov iddiaları necə araşdırır? - "ABC-TELECOM" MMC və o...
Bu gün, 08:52 |
|
|
|
• Azərbaycanda inşaat şirkəti mənfəət və zərərini bölüşdürəcək
Bu gün, 08:47 |
|
|
|
• Ermənilər Trampdan niyə qorxur? – 5 noyabrdan sonra…
Bu gün, 08:45 |
|
|
|
• Əhməd cəmiyyət arasına qayıda bilərmi? - AÇIQLAMA
Bu gün, 08:38 |
|
|
|
• "Verdikləri internetdə nə artım var, nə keyfiyət..." - NƏ ETMƏLİ?
Bu gün, 08:32 |
|
|
|
• KAPİTAL BANK cibimiziə belə girir... - GİLEY
Bu gün, 08:22 |
|
|
|
• ADAU-da vəziyyət acınacaqlı durumdadır... - NARAZILIQ VAR...
Bu gün, 08:10 |
|
|
|
• Ümid Zəngəzur dəhlizinədir... - Belə davam edərsə...
Bu gün, 08:02 |
|
|
|
• 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
Bu gün, 07:05 |
|
|
|
• Sərhəddə nələr yaşanır? - Erməni hərbçinin əl işarəsi şok etdi
Bu gün, 07:00 |
|
|
|
• Bakıda baltalanan şəxs əməliyyat masasında öldü - SON DURUM
Bu gün, 06:54 |
|
|
|
|