Bu günlərdə İranın Azərbaycana qarşı düşmənçiliyinin artmasına səbəb Rusiyanını prezidenti Vladimir Putinin bu yaxınlarda Azərbaycana səfər etməsidir. Vladimir Putin prezident İlham Əliyevlə görüşəndə Zəngəzur koridorunun açılmasından danışdı və bu yolun açılmasını qəbul etdi. Ermənistanı tənqid etdi ki, öz qəbul etdiyi müqaviləyə əməl etmir və yolların açılmasına imkan vermir. Putinlə prezident İlham Əliyevin görüşü və onların danışığı İranda antitürk qüvvələrini çox dilə gətirdi. İstəyirlər ki, "gərək İran Zəngəzur dəhlizinin açılmasına icazə verməsin. Çünki, bu dəhliz bizim Qara dənizə və Avropaya yolumuzu bağlayır. Biz istəyirik ki, gələcəkdə şimal-cənub koridoru açaq, Zəngəzur dəhlizinin açılması onu aradan qaldırır. Bizim Ermənistanla olan sərhəddimizi kəsir" desinlər”. Bu barədə Bizimyol.info xəbər portalına güneyli fəal Maşallah Rəzmi danışıb. Güneyli fəal qeyd edib ki, eyni zamanda müxtəlif mübahisələr var. Qeyd edilir ki, “keçən il Rusiyanın mövqeyi İrana yaxın idi, amma indi Rusiyanın mövqeyi Azərbaycanın mövqeyi ilə bir olub, İrana qarşı Rusiyanın mövqeyi aydınlaşıb”…
“İran hökumətində də böyük narahatlıq var. Bu günə qədər onlar özlərini ruslarla strateji müttəfiq adlandırırdılar. Əməldə biz görürük ki, ruslar İran kartı ilə oynayırlar. İranı Ukrayna müharibəsində özlərinə qataraq, Avropa ilə İran arasında düşmənçilik yaratdılar.
İranın cənubundakı ölkələrlə Rusiyanın münasibəti çox yaxınlaşıb. İran körfəzində bir neçə ada var ki, İran deyirdi “mənimdi”, BƏƏ deyir ki, “yox, mənimdir”. Bundan sonra ruslar bildirib ki, bu məsələ gərək danışıq yolu ilə həll olunsun. İran bu məsələdən də narazıdır. Deyir, “ora bizimdir, onunla bağlı danışmayacağıq”. Bu səbəbdən də, söhbət gedir ki, ruslar həm İranın şimalında Azərbaycan-Ermənistan məsələsində, həm də İranın cənubunda körfəzdəki adalar məsələsi ilə bağlı İrana xəncər vurub. İndi gərək biz mövqeyimizi aydınlaşdıraq və icazə verməyək ki, bizim sərhədlərimiz burada dəyişilsin və Zəngəzur məsələsində də heç bir şəkildə arxaya çəkilməyək”-deyə Maşallah Rəzmi İranın son günlər Azərbaycana qarşı düşmənçilik mövqeyinin səbəblərindən danışarkən bildirib.