Mamicanyan Paşinyanı yerdən-yerə vurdu
Tarix: 16-09-2024, 12:35 |
Çap et
“Serj Sarkisyanın prezidentliyi dövründə Ermənistan ordusu üçün yenidən silahlanma planına əsasən, 2500-ə yaxın PUA alınması nəzərdə tutulurdu. Bunların təxminən yarısı 2020-ci ildə təhvil verilməli və istifadəyə verilməli idi”.
Musavat.com xəbər verir ki, bu barədə erməni müxalif deputat Ayk Mamicanyan danışıb.
Onun sözlərinə görə, Nikol Paşinyan nədənsə yenidən silahlanma planını dəyişmək qərarına gəlib.
“Paşinyan PUA-ların əvəzinə Qarabağda müharibə zamanı istifadə olunmayan SU-30 qırıcılarını alıb. Qoy getsinlər, buna görə bağışlanmalarını diləsinlər”, - deyə Mamicanyan bildirib.