Bakı metropolitenində platformalarda .....                     Soltanlı kəndi uğrunda 3 gün qanlı döyüşlər gedib .....                     Paşinyan yenə yolların açılmasından danışır, amma... .....                     "Anamı, oğlumu, qardaşımı itirmişəm..." .....                     "Cəmi 24 saatdan az müddətdə..." .....                     Köçəryan və Sərkisyan Bakıya verilir? .....                     İrəvan təhlükəli oyunun içindədir və bu onlara ağır başa gələcək .....                     Vilayət Quliyev 2-ci ordu korpusuna komandir təyin olundu .....                     Bu məktubla ABŞ Dövlət Departamentini ifşa etdilər .....                     "İşlədiyim müddət ərzində çoxlu dostlar qazandım..." .....                     "Bu kimi rəzilləri öz adı ilə çağırmaq lazımdır!" .....                     Dərslər başlayıb, amma dərslik problemi hələ də qalır... .....                     Sahibkarlar bir aydan çoxdur ki, evlərinə çörək apara bilmirlər .....                     Naxçıvan Təhsil Nazirliyində Talıbov ənənələri .....                     İsrail SEPAH-ın hücumunu gözləyir .....                     “Dini qurumlarla iş mənə daha uyğun sahədir” .....                     Samirəynən Əli oynamaq üstündə dava edib .....                     Azərbaycan üçün təhlükəli xəstəliklər... .....                     Zəfər Günü ilə bağlı bu qərar verilərsə... .....                     "Ay millət, oxumaq zildən qışqırmaq deyil" .....                     Vaşinqtonun məkrli planı: Bakıdan İrəvana “təslim olmasını” istəyirlər .....                     Naxçıvan səhiyyəsində nə işlər çevrilir? .....                     Dünyada ucuzlaşma, bizdə bahalaşma yaşanır .....                     Baba Rzayevlə bağlı nə baş verir? .....                     Paşinyan əgər Bakıya gələrsə... .....                     “Mossad” peycerləri partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırıb? .....                     "Hər dəfə mənim malım gələndə bütün Azərbaycan bilir..." .....                     "Atamın üzünə ağ olmamışam..." .....                     Tanınmış erməni jurnalistdən SENSASİON AÇIQLAMALAR .....                     İrəvanın qaçacaq YERİ YOXDUR... .....                     Ermənilər hər vəchlə Qərbi Azərbaycana qayıdışa mane olsa da... .....                     Yuxarı qiymətə aşağı keyfiyyət... .....                     Azərbaycan Pezeşkiana hələ də ümidlə baxır? .....                     Gəlir səviyyəsinə görə Cənubi Qafqazda niyə ən geridəyik? .....                     "Bu efir söhbətləri deyil" .....                     Prezident Naxçıvana ayrılan vəsaiti niyə azaldıb? .....                     "Qərbin addımları dağıdıcılığa xidmət edir” .....                     “Deyir efirdə muğam oxuma, bəs məni niyə çağırmısan?” .....                     “Gürcü arzusu”nun Gürcüstanı və ya yenidən Rusiyanın orbitinə qayıdış .....                     Deputatlar Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini istəyiblər .....                 

Ordudan oğurlayıb Nəcməddin Sadıkova hər il 5 milyon manat veriblər – MƏHKƏMƏDƏ SENSASİON İFADƏ
Tarix: 16-09-2024, 13:55 | Çap et
Ordudan oğurlayıb Nəcməddin Sadıkova hər il 5 milyon manat veriblər
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. General-mayor Nizami Məmmədov müttəhimlər kürsüsündə tək deyil. Onunla bərabər Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə mühakimə olunurlar. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Musavat.com xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə vəkillərin Müdafiə Nazirliyinə sorğu göndərilməsi ilə bağlı vəsatətləri müzakirə olunub.

Hakim Fikrət Əliyev bildirib ki, Müdafiə Nazirliyinin hüquq idarəsi ilə əlaqə saxlayıblar və bu məlumatların verilmə qaydası ilə maraqlanıblar:

"İdarədən bu məlumatların nə dərəcədə mövcudluğu, verilmə qaydası barədə məhkəməyə məlumat vermələri xahiş olunub. Bundan sonra bu məsələ müzakirə olunacaq. Buna görə də hazırkı mərhələdə bu vəsatət baxılmamış saxlanılır. Məsələyə vəziyyətə uyğun qiymət veriləcək”.

Daha sonra hakimlər Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin iş üzrə yenidən məhkəmə mühasibatlıq-komisyon ekspertizasının keçirilməsi barədə vəsatətini müzakirəyə çıxarıblar. Hakim qeyd edib ki, vəkil bu vəsatəti ötən iclasda qaldırıb, amma vəsatətin müzakirəsini bugünkü iclasa saxlanılmışdı.

Hakim deyib ki, vəkil vəsatətində iş üzrə rəqəmlərdə, mənimsənilən məbləğlərdə fərqlərin olmasını göstərib, bu səbəbdən ekspert tərəfindən yenidən ekspertiza keçirilməsi istənilib. Vəsatəti müzakirə edən hakimlər heyəti qərar elan ediblər. Həmin qərara görə, vəsatət təmin edilməyib. Bundan sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlovun əlavə şahid qismində adına kart açılan "ölü canlar" adı altında olan şəxslərin dindirilməsi, maliyyə vəsaitlərinin kənarlaşdırılması ilə bağlı mütəxəssislərin dindirilməsi barədə vəsatətləri müzakirə olunub. Məhkəmə hər iki vəsatəti təmin etməyib.
Daha sonra məhkəmədə məlum olub ki, Cəlal Kazımovun həyat yoldaşının adına olan daşınmaz əmlak 110 min manata satılıb və həmin məbləğ ziyanın ödənilməsinə yönləndirilməsi üçün dövlət hesabına köçürülüb. Bundan başqa, Vüsal Əlizadənin də həyat yoldaşının adına olan daşınmaz əmlak 101 min 532 manata satılıb və həmin məbləğ də iş üzrə ziyanın ödənilməsi üçün dövlət hesabına köçürülüb. Vəkillər tərəfindən hər iki işlə bağlı sənədlər məhkəməyə təqdim olunub. Hakimlər hər iki sənədin cinayət işinə əlavə olunması ilə bağlı qərar qəbul ediblər. Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə iş üzrə nə qədər məbləğdə ziyanın ödənilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilməsini istəyib. Məhkəmə bu vəsatəti təmin edib.

Bundan sonra Rəşad Mirmehdizadə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi, polkovnik Rafail Xələfovun əlavə şahid qismində dindirilməsini istəyib:

"Rafail Xələfov bu işlərin mərkəzində olan şəxsdir. Rafail Xələfov hələ məhkəmənin əvvəlində ifadə verib. Amma biz müdafiə tərəfi olaraq onun bütün iclaslarda iştirak etməsini, ona çarpaz sualların verilməsinin təmin olunmasını istəmişdik. Amma məhkəmə bu məsələyə müsbət cavab vermədi. Bizim işdə isə ortada olan iki əsas şahid var. Onlardan biri Rövşən Əliyevdir. O da vəfat edib. Digəri isə Rafail Xələfovdur. Şahidlərin dindirilməsindən sonra bizim Rafail Xələfova veriləsi suallarımız yaranıb. Buna görə də onun məhkəməyə dəvət olunmasını təmin etməyinizi xahiş edirəm”.

Dövlət ittihamçısı Rafail Xələfovun məhkəməyə dəvət olunmasına etiraz etməyib. Vəsatəti müzakirə edən hakimlər sonda qərar veriblər. Qərara görə vəsatət təmin olunub. Növbəti iclasda Rafail Xələfovun sorğu-sual ediləcəyi gözlənilir. Daha sonra Nizami Məmmədovun digər vəkili Cahangir Cavadov bildirib ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov məhkəmədə verdiyi ifadəsində 2015-2020-ci illərdə 20 milyon manat qazanc əldə etdiklərini, həmin məbləğin 19 milyon 600 min manatını sabiq baş qərargah rəisi Nəcməddin Sadıkova verdiyini, 400 min manatın özünə qaldığını, Nəcməddin Sadıkovun ona verdiyi 800 min manatın isə Nizami Məmmədova çatdırdığını göstərib:

“Amma Nizami Məmmədovun özü bu faktın düzgün olmadığını dedi. Bunu da Məlikməmməd Qurbanovdan başqa təsdiq edəcək şahid yoxdur. Çünki bu həqiqət ola bilməz. Bunu təsdiq edəcək Nəcməddin Sadıkov da ortalıqda yoxdur. Bu məsələnin də müşavirə otağında nəzərə alınmasını xahiş edirəm”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Növbəti proses sentyabrın 20-də keçiriləcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı metropolitenində platformalarda təhlükəsizlik qapıları quraşdırıla bilər?
Bu gün, 15:00
Soltanlı kəndi uğrunda 3 gün qanlı döyüşlər gedib - Aran Qarabağın açarı
Bu gün, 14:49
Paşinyan yenə yolların açılmasından danışır, amma...
Bu gün, 14:47
"Anamı, oğlumu, qardaşımı itirmişəm..." - AzTV-nin ilk ali dərəcəli qadın rejissoru
Bu gün, 14:39
"Cəmi 24 saatdan az müddətdə..." - deputat
Bu gün, 14:10
Köçəryan və Sərkisyan Bakıya verilir? – Karapetyandan sensasiya
Bu gün, 14:01
İrəvan təhlükəli oyunun içindədir və bu onlara ağır başa gələcək - ŞƏRH
Bu gün, 13:59
Vilayət Quliyev 2-ci ordu korpusuna komandir təyin olundu - ƏMR
Bu gün, 13:57
Bu məktubla ABŞ Dövlət Departamentini ifşa etdilər - deputat
Bu gün, 13:45
"İşlədiyim müddət ərzində çoxlu dostlar qazandım..."
Bu gün, 13:17
"Bu kimi rəzilləri öz adı ilə çağırmaq lazımdır!" - Mirşahin OD PÜSKÜRDÜ
Bu gün, 13:14
Dərslər başlayıb, amma dərslik problemi hələ də qalır... - "Əgər məktəblərimizdə ixtisaslı müəllim çatışmırsa..."
Bu gün, 13:09
Sahibkarlar bir aydan çoxdur ki, evlərinə çörək apara bilmirlər - NARAZILIQ VAR
Bu gün, 13:05
Naxçıvan Təhsil Nazirliyində Talıbov ənənələri - Haqsızlığa etiraz edən müəllimə “xan” qaydası cəzalandırıldı
Bu gün, 12:40
İsrail SEPAH-ın hücumunu gözləyir - Cavab hazırlanıb
Bu gün, 12:25
“Dini qurumlarla iş mənə daha uyğun sahədir” - Fazil Mustafa
Bu gün, 12:23
Samirəynən Əli oynamaq üstündə dava edib
Bu gün, 12:20
Azərbaycan üçün təhlükəli xəstəliklər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:17
Zəfər Günü ilə bağlı bu qərar verilərsə... - AKTUAL
Bu gün, 12:12
"Ay millət, oxumaq zildən qışqırmaq deyil" - ETİRAZ
Bu gün, 11:38
Vaşinqtonun məkrli planı: Bakıdan İrəvana “təslim olmasını” istəyirlər - FAKT BUDUR!
Bu gün, 11:34
Naxçıvan səhiyyəsində nə işlər çevrilir? - İLGİNC FAKTLAR
Bu gün, 11:28
Dünyada ucuzlaşma, bizdə bahalaşma yaşanır - NƏ BAŞ VERİR?
Bu gün, 11:16
Baba Rzayevlə bağlı nə baş verir? – Şiddətli töhmətin arxasındakı sensasion məqam
Bu gün, 10:27
Paşinyan əgər Bakıya gələrsə... - Ermənistan qarışacaq?
Bu gün, 10:21
“Mossad” peycerləri partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırıb? - KİV
Bu gün, 10:17
"Hər dəfə mənim malım gələndə bütün Azərbaycan bilir..." - Bakı gömrüyü qarşısında ETİRAZ
Bu gün, 10:15
"Atamın üzünə ağ olmamışam..."
Bu gün, 10:10
Tanınmış erməni jurnalistdən SENSASİON AÇIQLAMALAR - "Əliyevə və Paşinyana müraciət edirəm..."
Bu gün, 10:04
İrəvanın qaçacaq YERİ YOXDUR... - ÇÜNKİ...
Bu gün, 08:02
Ermənilər hər vəchlə Qərbi Azərbaycana qayıdışa mane olsa da... - İNCƏLƏMƏ
Bu gün, 07:58
Yuxarı qiymətə aşağı keyfiyyət... - NƏ ETMƏLİ?
Bu gün, 07:51
Azərbaycan Pezeşkiana hələ də ümidlə baxır? - Görünəni odur ki...
Bu gün, 07:40
Gəlir səviyyəsinə görə Cənubi Qafqazda niyə ən geridəyik? - "Bank sektorumuz..."
Bu gün, 07:32
"Bu efir söhbətləri deyil"
Bu gün, 07:28
Prezident Naxçıvana ayrılan vəsaiti niyə azaldıb? - AKTUAL
Bu gün, 07:24
"Qərbin addımları dağıdıcılığa xidmət edir” - Azərbaycana qarşı qarayaxma
Bu gün, 00:28
“Deyir efirdə muğam oxuma, bəs məni niyə çağırmısan?” - Əməkdar artist gileyləndi
Bu gün, 00:22
“Gürcü arzusu”nun Gürcüstanı və ya yenidən Rusiyanın orbitinə qayıdış - GƏLİŞMƏ
Bu gün, 00:17
Deputatlar Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini istəyiblər - MÜRACİƏT
Dünən, 20:40
"Xidmət yaxşıdır... amma ehtiyatlı olun..." - FOTOFAKT
Dünən, 15:07
Fransanın silahlandırdığı Ermənistan... - rəsmən SAVAŞI KÖRÜKLƏYİRLƏR...
Dünən, 15:05
Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib
Dünən, 14:52
Əliyevin üç ölkə ilə bağlı planı: - "Qərbin xoşuna gəlməyən budur"
Dünən, 14:51
Makron gücü çatmayacaq vədlər verib, "erməni ümidləri" Parisdə "dəfn" edilir
Dünən, 14:43
"Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar" - deputat
Dünən, 14:42
Elgiz Elməddinin təklifini geri çevirib
Dünən, 14:30
Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? - AÇIQLAMA
Dünən, 14:27
Balababa Rzayevə şiddətli töhmət elan edilib - SƏRƏNCAM
Dünən, 14:23
Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb
Dünən, 14:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru