"Müalicənin xeyri yoxdur... - Əməliyyat üçün də taqətim yoxdur"
Tarix: 16-09-2024, 14:01 |
Çap et
Səhhəti pisləşdiyi üçün "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilən meyxanaçı Xəyyam Əhmədli evə buraxılıb. Amma vəziyyəti ağır olaraq qalır.
dia-az.media bildirir ki, bunu Yenicag.az-a açıqlamasında sənətçi özü deyib:
"Xəstəxanadan çıxarıb evə gətiriblər. Amma vəziyyətim yaxşı deyil. Səhhətimdə irəliləyiş yoxdur. Güclə danışıram, yataq rejimindəyəm. Dava-dərman olunur, amma müalicənin xeyri yoxdur. Əməliyyat üçün də taqətim yoxdur".