Direktor əsəbiləşdi, jurnalistin övladlarını liseydən qovdu - BU NƏDİ BELƏ?!
Tarix: 16-09-2024, 15:47 | Çap et
Bakı Atatürk Liseyi təhsilin səviyyəsinə görə, məsələn, tamamilə ödənişsiz olan Dəyanət Liseyinin çox uzağında olsa da, son illərdə sürətlə təhsil haqqını artırmağa başlayıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə tanınmış jurnalist, “Azpolitika.info” saytının rəhbəri Elnur Məhərrəmli məlumat yayıb.
Onun sözlərinə görə, hazırda liseydə illik təhsil haqqı birdən-birə 4500 manata qaldırılıb:
“Bakı Atatürk Liseyi Türk Dünyası Araşdırmalar Vəqfinə məxsusdur. Bu vəqfi mərhum professor Turan Yazqan qurub. Hazırda vəqfə onun oğlu rəhbərlik edir. Türkçülüyün, turançılığın təbliği vəqfin fəaliyyətinin əsasını təşkil edir və bu niyyətlə bir çox yerlərdə, o cümlədən Azərbaycanda lisey təsis ediblər. Hər halda özləri belə bəyan edirlər. Rəsmi saytlarında onu da bəyan ediblər ki, “okullarımız heç bir ticari amac taşımayan, kar qayesi güdmeyen kuruluşlardır”. Yəni məqsədləri pul qazanmaq deyil, türkçülüyün, turançılığın təbliğidir.
Lakin nə işdirsə, məqsədi “ticari amac” daşımayan bu liseydə hazırda illik təhsil haqqı 4500 manatdır. Bu rəqəm bir çox özəl liseyin qiymətinə yaxındır və sadə riyazi hesablama sübut edər ki, hazırda bu “türkçü-turançı bəylərin” Bakı Atatürk Liseyi tərtəmiz “ticari amacla” fəaliyyət göstərir. Göstərsin, bunda işimiz yoxdur. Türkçülük-turançılıq maskası altında gizlənən azmı dələduz görmüşük?!
Amma siz bu vəqfin, liseyin rəhbərliyinin türkçülük-turançılıq bir yana qalsın, adi təhsil verən, müəllim, ziyalı adına ləkə olan hərəkətlərinə baxın: Demək “ticari amac” daşımayan Bakı Atatürk Liseyində 2018-ci ildə hər uşağa illik 1000 manatla təhsilə başlamışıq. “28 May” metrostansiyasının yanında darısqal həyəti, məktəb infrastrukturu olmayan kiçik bir binaları var. Sonra Əhməd Rəcəbli küçəsində nisbətən geniş, az-çox məktəbə oxşayan binaya köçdülər. Biz də illik 2 min manatla bura təhsilə davam etdik. 9-cu sinifdə təhsil haqqı 2500 manata, 10-cu sinifdə 2750 manata qalxdı. Razılaşdıq. Bu il isə bu “türkçü-turançı” dələduzlar heç bir əsaslandırma, izah vermədən tərbiyəsiz formada, həyasızcasına hər uşağa 4500 manat tələb etməyə başladılar”.
Elnur Məhərrəmli lisey rəhbərliyinin ödəniş haqqının qaldırılmasına etiraz etmək, səbəbini öyrənmək istəyən valideynləri qəbul etmədiyini bildirib:
“Övladı 11-ci sinfə keçən, kəskin qiymət artımına yəqin ki, həm də gücü çatmayan, amma eyni zamanda da bizim kimi son sinifdə uşağını dostlarından, çevrəsindən ayırmaqla, ona psixoloji sarsıntı yaşatmaq istəməyən valideynlərin bir qrupu 11-ci siniflər üçün qiymət artımına getməmək xahişi ilə liseyin sahibinə - Türk Dünyası Araşdırmaları Vəqfinə məktub yazmaq qərarına gəldi. Məktubu 22 valideyn imzalasa da, məktub vəqfin email ünvanına iki valideynin elektron poçtundan göndərildi. Bilirsinizmi, bundan sonra nə baş verdi? Böyük demokrat Atatürkün adını istismar edən bu liseydə hansı rəzilliyin yaşandığını təsəvvür edə bilməzsiniz: Liseyn direktoru Eylem Gültəkin “beni nasıl şikayət edərsiniz” deyə həmin iki valideynin uşaqlarını məktəbdən qovdu.
Bu qadına türmə rəisi yox, məktəb direktoru olduğunu başa salmaq üçün liseyə getdim. Təxminən yarım saat gözlədəndən sonra qəbul etdi. “Qəti qərarımızdır” deyə təhsil haqqı məsələsinə nöqtə qoyduqdan sonra həmin 2 uşağın məktəbdən qovulması məsələsini qaldırdım. “Hər kəs kəndi işini konuşsun”, - deyə o mövzunu da bağladı. Dedim, məhkəməyə verəcəm sizi. Bunu eşidən kimi özündən çıxdı və elə ordaca göstəriş verdi ki, bizim uşaqlar da məktəbdən uzaqlaşdırılsın”.
Jurnalist məsələ ilə bağlı vəqfin rəhbəri Közhan Yazqana məktubla müraciət etdiyini deyib:
“Qeyd etdim ki, bu tərbiyəsizlikləri Türkiyədə edə bilməzlər, amma Azərbaycan da banan ölkəsi deyil. “Türkçülük-turançılıq” şüarları altında uşaqları aşağı ödənişlə məktəbə cəlb edib, son sinifdə onlardan ikiqat ödəniş tələb etmək, normal qaydada müraciət və ya hətta olsun ki, şikayət edən valideynləri şantaj etmək, 2 uşağı isə onların ala biləcəkləri psixoloji travmanı nəzərə almadan qovmaq, yoldaşlarından ayırmaq ləyaqətsiz əməldir. Üstəlik də dələduzluqdur. Dedim ki, əlbəttə, təhsil haqqını istədiyiniz kimi müəyyən edə bilərsiniz, bu sizin hüququnuzdur, lap 100 min tələb edin, lakin bunu məktəbinizə ilk gələn şagirdlərə tətbiq etməyiniz daha məntiqli və əxlaqlı olardı. 11-ci sinfin şagirdinə tətbiq etməyiniz doğru deyil. Belə çıxır ki, siz aşağı ödənişlə insanları məktəbinizə cəlb edir, sonra isə onları asılı vəziyyətə salaraq, istədiyiniz qiyməti tələb edirsiniz? Bəs sizin bu tələbinizi qarşılamağa imkanı olmayan valideyn nə etməlidir, heç düşünürsünüzmü? 11-ci sinifdə uşağın məktəbini dəyişmək, onu dostlarından, sinif yoldaşlarından ayırmaq, psixolojisini pozmaq nə deməkdir, bunun fərqindəsinizmi?
Həmçinin soruşdum ki, “kar qayəsi olmayan” liseyinizin birdən-birə bu qədər yüksək qiymət artımına getməsi nə ilə bağlıdır? Nə baş verib ki, bu qədər böyük bahalaşma tətbiq edirsiniz? Azərbaycanda devalvasiyamı olub? Milli pulumuz dəyərmi itirib? İqtisadi böhranmı yaşanıb?
Bəlkə təhsilin keyfiyyətində ötən illə müqayisədə böyük keyfiyyət fərqi olacaq? Dərs saatlarımı artıb?
Belə qanunsuzluğu, özbaşınalığı Türkiyədə edə bilərsinizmi? Budurmu sizin “türkçülüyünüz”, “turançılığınız”?! Böyük demokrat Atatürkün ismini daşıyan liseydə bu nə diktatorluqdur? İnsanlar etiraz, şikayət edə bilməzlərmi?
Təbii ki, “türkçü-turançı” dələduzlar bu sualların heç birinə cavab vermədilər. Çünki cavab versələr, dələduz olduqları üzə çıxacaqdı”.
O, lisey rəhbərliyini məhkəməyə verdiyini, amma qarşı tərəfin məhkəməyə gəlmədiyini qeyd edib:
“İlk iclas avqustun 29-na təyin olunmuşdu, gəlmədilər. Amma geri çəkilmək yoxdur. Bunların “Atatürk”, “türkçülük”, “turançlıq” adları altında gizlənərək, yaramazlıqla məşğul olduqlarını məhkəmə qaydasında da sübut edəcəyəm. Qoy övladını “türk liseyidir, yaxşı təhsil və tərbiyə verir”, “Atatürkün adını daşıyır”, “türkçü-turançıdırlar” deyə aldanaraq bu liseyə yerləşdirənlər də bilsinlər ki, bunların keyfiyyətli təhsil vermək bacarığı bir yana qalsın, elementar mədəniyyətləri də yoxdur. Üstəlik, dəllal kimi davranırlar – bu il sizdən 4500 manat təhsil haqqı istəyər, lakin gələn il heç bir izahat vermədən 10-15 minə qaldıra bilərlər”.
Redaksiya qarşı tərəfin mövqeyini verməyə hazırdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakı metropolitenində platformalarda təhlükəsizlik qapıları quraşdırıla bilər?
Bu gün, 15:00 |
|
|
|
• Soltanlı kəndi uğrunda 3 gün qanlı döyüşlər gedib - Aran Qarabağın açarı
Bu gün, 14:49 |
|
|
|
• Paşinyan yenə yolların açılmasından danışır, amma...
Bu gün, 14:47 |
|
|
|
• "Anamı, oğlumu, qardaşımı itirmişəm..." - AzTV-nin ilk ali dərəcəli qadın rejissoru
Bu gün, 14:39 |
|
|
|
• "Cəmi 24 saatdan az müddətdə..." - deputat
Bu gün, 14:10 |
|
|
|
• Köçəryan və Sərkisyan Bakıya verilir? – Karapetyandan sensasiya
Bu gün, 14:01 |
|
|
|
• İrəvan təhlükəli oyunun içindədir və bu onlara ağır başa gələcək - ŞƏRH
Bu gün, 13:59 |
|
|
|
• Vilayət Quliyev 2-ci ordu korpusuna komandir təyin olundu - ƏMR
Bu gün, 13:57 |
|
|
|
• Bu məktubla ABŞ Dövlət Departamentini ifşa etdilər - deputat
Bu gün, 13:45 |
|
|
|
• "İşlədiyim müddət ərzində çoxlu dostlar qazandım..."
Bu gün, 13:17 |
|
|
|
• "Bu kimi rəzilləri öz adı ilə çağırmaq lazımdır!" - Mirşahin OD PÜSKÜRDÜ
Bu gün, 13:14 |
|
|
|
• Dərslər başlayıb, amma dərslik problemi hələ də qalır... - "Əgər məktəblərimizdə ixtisaslı müəllim çatışmırsa..."
Bu gün, 13:09 |
|
|
|
• Sahibkarlar bir aydan çoxdur ki, evlərinə çörək apara bilmirlər - NARAZILIQ VAR
Bu gün, 13:05 |
|
|
|
• Naxçıvan Təhsil Nazirliyində Talıbov ənənələri - Haqsızlığa etiraz edən müəllimə “xan” qaydası cəzalandırıldı
Bu gün, 12:40 |
|
|
|
• İsrail SEPAH-ın hücumunu gözləyir - Cavab hazırlanıb
Bu gün, 12:25 |
|
|
|
• “Dini qurumlarla iş mənə daha uyğun sahədir” - Fazil Mustafa
Bu gün, 12:23 |
|
|
|
• Samirəynən Əli oynamaq üstündə dava edib
Bu gün, 12:20 |
|
|
|
• Azərbaycan üçün təhlükəli xəstəliklər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:17 |
|
|
|
• Zəfər Günü ilə bağlı bu qərar verilərsə... - AKTUAL
Bu gün, 12:12 |
|
|
|
• "Ay millət, oxumaq zildən qışqırmaq deyil" - ETİRAZ
Bu gün, 11:38 |
|
|
|
• Vaşinqtonun məkrli planı: Bakıdan İrəvana “təslim olmasını” istəyirlər - FAKT BUDUR!
Bu gün, 11:34 |
|
|
|
• Naxçıvan səhiyyəsində nə işlər çevrilir? - İLGİNC FAKTLAR
Bu gün, 11:28 |
|
|
|
• Dünyada ucuzlaşma, bizdə bahalaşma yaşanır - NƏ BAŞ VERİR?
Bu gün, 11:16 |
|
|
|
• Baba Rzayevlə bağlı nə baş verir? – Şiddətli töhmətin arxasındakı sensasion məqam
Bu gün, 10:27 |
|
|
|
• Paşinyan əgər Bakıya gələrsə... - Ermənistan qarışacaq?
Bu gün, 10:21 |
|
|
|
• “Mossad” peycerləri partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırıb? - KİV
Bu gün, 10:17 |
|
|
|
• "Hər dəfə mənim malım gələndə bütün Azərbaycan bilir..." - Bakı gömrüyü qarşısında ETİRAZ
Bu gün, 10:15 |
|
|
|
• "Atamın üzünə ağ olmamışam..."
Bu gün, 10:10 |
|
|
|
• Tanınmış erməni jurnalistdən SENSASİON AÇIQLAMALAR - "Əliyevə və Paşinyana müraciət edirəm..."
Bu gün, 10:04 |
|
|
|
• İrəvanın qaçacaq YERİ YOXDUR... - ÇÜNKİ...
Bu gün, 08:02 |
|
|
|
• Ermənilər hər vəchlə Qərbi Azərbaycana qayıdışa mane olsa da... - İNCƏLƏMƏ
Bu gün, 07:58 |
|
|
|
• Yuxarı qiymətə aşağı keyfiyyət... - NƏ ETMƏLİ?
Bu gün, 07:51 |
|
|
|
• Azərbaycan Pezeşkiana hələ də ümidlə baxır? - Görünəni odur ki...
Bu gün, 07:40 |
|
|
|
• Gəlir səviyyəsinə görə Cənubi Qafqazda niyə ən geridəyik? - "Bank sektorumuz..."
Bu gün, 07:32 |
|
|
|
• "Bu efir söhbətləri deyil"
Bu gün, 07:28 |
|
|
|
• Prezident Naxçıvana ayrılan vəsaiti niyə azaldıb? - AKTUAL
Bu gün, 07:24 |
|
|
|
• "Qərbin addımları dağıdıcılığa xidmət edir” - Azərbaycana qarşı qarayaxma
Bu gün, 00:28 |
|
|
|
• “Deyir efirdə muğam oxuma, bəs məni niyə çağırmısan?” - Əməkdar artist gileyləndi
Bu gün, 00:22 |
|
|
|
• “Gürcü arzusu”nun Gürcüstanı və ya yenidən Rusiyanın orbitinə qayıdış - GƏLİŞMƏ
Bu gün, 00:17 |
|
|
|
• Deputatlar Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini istəyiblər - MÜRACİƏT
Dünən, 20:40 |
|
|
|
• "Xidmət yaxşıdır... amma ehtiyatlı olun..." - FOTOFAKT
Dünən, 15:07 |
|
|
|
• Fransanın silahlandırdığı Ermənistan... - rəsmən SAVAŞI KÖRÜKLƏYİRLƏR...
Dünən, 15:05 |
|
|
|
• Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib
Dünən, 14:52 |
|
|
|
• Əliyevin üç ölkə ilə bağlı planı: - "Qərbin xoşuna gəlməyən budur"
Dünən, 14:51 |
|
|
|
• Makron gücü çatmayacaq vədlər verib, "erməni ümidləri" Parisdə "dəfn" edilir
Dünən, 14:43 |
|
|
|
• "Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar" - deputat
Dünən, 14:42 |
|
|
|
• Elgiz Elməddinin təklifini geri çevirib
Dünən, 14:30 |
|
|
|
• Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? - AÇIQLAMA
Dünən, 14:27 |
|
|
|
• Balababa Rzayevə şiddətli töhmət elan edilib - SƏRƏNCAM
Dünən, 14:23 |
|
|
|
• Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb
Dünən, 14:14 |
|
|
|
|