Azərbaycanda çoxuşaqlı ailələrdə hər uşağa görə müavinət verilə bilər .....                     Zəngəzurla bağlı gözlənilməz addım: .....                     Bu ay sülh sazişinin imzalanması təklif olunur .....                     Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin uşaqları üçün tədbir keçirilib .....                     Azərbaycanda orta aylıq əmək haqqı 1 000 manatdan aşağı düşdü .....                     Qısamüddətli az yağış yağacağı ehtimalı var .....                     “Qardaşım məni döydüyü üçün travma ilə böyümüşəm” .....                     Trampdan ermənipərəst konqresmenə ittiham: .....                     FHN-də şeyxin qohumunun yerinə təyinat .....                     Yaxın Şərq yenidən qurulacaq, süni dövlətlər yaradılacaq .....                     Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? .....                     “Ermənilər geri qayıtdıqdan sonra sülh müqaviləsi imzalansın” .....                     Naməlum uçan obyektlər 17 gün ABŞ hərbi bazasını izləyib .....                     Qazaxda 23 yaşlı oğlan minaya düşdü .....                     PARTİYA SƏDRİ İLƏ DEPUTAT ARASINDA “ATIŞMA” .....                     Xoşqədəm Hidayətqızı GİZLİNLƏRİ AÇDI: .....                     Mərhum bəstəkarın xanımından etiraz: .....                     “İlon Mask sputniklə camaata internet paylayır, mən isə pulunu verirəm, amma 100 meqabitimi ala bilmirəm” .....                     Bu məktəblərdə oxuyan şagirdlərə təqaüd verilə bilər .....                     “Urmiyə gölü qurusa, İran bir tikə çörəyə möhtac qalacaq” .....                     Müəllimlərin hər birindən qanunsuz olaraq, 60 manat tələb olunur... .....                     "Biz düşmənlikdən rəqabətə keçən yolu doğru sayırıq" .....                     Müharibə Ağ Evdə kimi prezident edəcək? .....                     “Qərb Ermənistana yalnız kökə göstərir” .....                     Aİ Rusiya və İrana qarşı sanksiyaları genişləndirəcək .....                     Narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü yol polisləri tərəfindən saxlanılıb .....                     Jurnalistin anasının ölümü ilə bağlı araşdırma yekunlaşdı .....                     "Onun deputat seçilməsi xalqa təhqirdir" .....                     Zəngəzur: Cənubi Qafqazın taleyini dəyişdirəcək dəhliz .....                     Haqsız yerə işdən çıxarıldı, indi ÇƏTİN DURUMDADIR... .....                     Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi .....                     İçdi, qanunu pozdu və qəhrəman oldu... .....                     Ermənilər panikada: lokal döyüşlər gözlənilir .....                     Biz mümkün qədər tez sülh müqaviləsi bağlamağa hazırıq .....                     “Livan İsrailə bir ildə 14 min raket atıb” .....                     Hindistan rupisi yeni tarixi minimum yeniləyib .....                     Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb .....                     Rüşvətə görə həbs edilən sabiq direktor bəraət istəyir .....                     Tibb Universitetinin professoru vəfat etdi .....                     EDM-lərə yaşıl işıq yandırılıb, sahibkarlar keçmək istəmirlər .....                 

ABŞ-nin mayasını batıran Ermənistan... – İrəvan Rusiyaya qayıtmaq yolunda
Tarix: 17-09-2024, 15:44 | Çap et
ABŞ-nin mayasını batıran Ermənistan...
Ermənistan hökuməti Rusiyaya münasibətdə buraxdığı səhvi deyəsən, düzəltmək istəyir.

Bəlkə də, xaricdən Moskva-İrəvan əməkdaşlığına dair yeni təlimat alıb. Hər halda, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun İrəvana səfəri və Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla görüşü belə düşünməyə əsas verir.

Görüş zamanı ikitərəfli münasibətlər, o cümlədən ölkələr arasında iqtisadi əlaqələrin yekunu və ticarət dövriyyəsinə dair məsələləri müzakirə ediblər. Bildirilib ki, bu sahədə müsbət dinamika var. Rusiya ilə Ermənistan arasında bu ilin birinci yarısında ticarət dövriyyəsi 8,4 milyard dollardan artıq olub.

Overçuk görüşün məhsuldar olduğunu bildirərək, qeyd edib ki, gələcək planları da müzakirə ediblər. O, “Rusiya Dəmir Yolları” və onun törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu”nun birbaşa köməyi ilə daşqınlardan sonra Ermənistan dəmir yolu relslərinin bərpasını “əmək şücaəti” adlandırıb. Onun sözlərinə görə, bu, Ermənistanı xarici aləmlə birləşdirən yeganə dəmir yoludur.

Rusiyanın Ermənistanla əlaqələri yalnız turizm, energetika, nəqliyyat və başqa sahələrlə bitmir. Humanitar istiqamətdə də Kreml İrəvana yardımları əvvəllər olduğu kimi davam etdirir. BMT-nin Ermənistanda elan etdiyi proqramlara Rusiya donor kimi 40 milyon dollara yaxın maliyyə vəsaiti xərcləyir. Bunu RF ilə Ermənistan arasında çoxsaylı əməkdaşlıq formatlarından biri sayırlar.

Belə ki, Ermənistanda ayrı-ayrı sosial qrupların, həm də respublika iqtisadiyyatının müxtəlif sahələrinin dəstəklənməsinə yönəlmiş BMT proqramları həyata keçirilir.

2020-ci ilin martından büdcəsi 2,8 milyon dollar olan “Ermənistanın Geqarkunik və Vayotsdzor vilayətlərinin sərhədyanı ərazilərində inklüziv iqtisadi inkişafın təşviqi”, 2021-ci ilin yazından “Ermənistanın kənd rayonlarının sosial-iqtisadi bərpası və dayanıqlığının gücləndirilməsi” (büdcə 1,7 milyon dollar), həmin ilin iyulundan isə “Ermənistanda münaqişədən sonra erkən bərpa və möhkəmlik” layihələri (büdcə 3,2 milyon dollar) icra edilir.

2022-ci ilin aprel ayından “Ermənistanın regionlarında gənclər üçün məşğulluq və gəlir imkanlarının təmin edilməsi” layihəsi (büdcə 2 milyon dollar) reallaşır və s.

Ermənistan ABŞ-nin xeyriyyəçiliyindən də yararlanır. Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) bu ölkəyə pul yardımını 120 milyon dollardan 250 milyon dollara qədər artıracaq. 2024-cü ilin iyununda Ermənistan və ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, Vaşinqtonun “demokratik islahatlar” aparmaq və ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün İrəvana yardım göstərmək imkanlarını genişləndirir. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 321 milyon dollar olub.

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) öz ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı fəaliyyətsizlikdə ittiham edərək 2023-cü ildə Qərblə yaxınlaşmanı sürətləndirməyə başlayıb. Hətta, Azərbaycanla müvəqqəti sərhədə belə Avropa İttifaqı Şurası Mülkü Vətəndaş Müşahidə Missiyasını yerləşdirməklə Rusiya və KTMT-yə özünəməxsus meydan oxudu. Sonrakı mərhələdə ABŞ-nin yük təyyarələri İrəvana hərbi texnika və avadanlıq daşımağa başladı.

Belə bir şəraitdə Rusiya Ermənistanı daha “ağıllı olmağa” dəvət edib. Bu yaxınlarda Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya sərhədçilərinin İran və Türkiyə ilə sərhəddə yerləşdirilməsinin zəruriliyindən bəhs etmişdi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, ölkəsinin sərhəd qoşunlarının Ermənistandakı statusunu tənzimləyən əsas sənəd müddətsiz xarakter daşıyır: “Sərhədçilərimizin Ermənistandan çıxarılması onların təhlükəsizliyinə təsirsiz ötüşməyəcək”.

Bunu Moskvanın Ermənistana növbəti və daha sərt ismarışı da saymaq olar. Rusiya XİN-in açıqlamasından sonra Aleksey Overçukun səfəri qərbə, sağ-sola boylanan rəsmi İrəvanı sanki yerində oturdur.

Belə ehtimal etmək olar ki, baş nazirin müavini Ermənistan hakimiyyətinə ermənilərin keçmişini, indiki vəziyyətini və gələcəyini bir daha xatırladıb. Başqa “kim idiniz, kim oldunuz” sualı ətrafında onları düşünməyə dəvət edib. Əvvəllər Ermənistan məktəblərində “Erməni xalqının tarixi” fənni tədris olunurdusa, indi “Ermənistan tarixi”ndən dərs keçirlər. Bu dərsliyin yaranmasında Rusiyanın rolu əvəzsizdir.

Overçukun səfərinin əsas tezisinin Ermənistanı “ağıllı davranmağa dəvət” olduğunu ehtimal etmək mümkündür.

Çünki həmin görüşdən sonra Gürcüstan-Rusiya sərhədində yerləşən "Kazbeqi-Yuxarı Lars" gömrük-keçid məntəqəsi yolların təcili təmiri ilə əlaqədar sentyabrın 18-dən oktyabrın 2-dək Bakı vaxtı ilə saat 06:00-dan 09:00-a kimi bağlanacağına dair xəbər yayılıb.

Məlumatı Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yaysa da, bu, Ermənistanın xeyrinə olacaq hadisə sayılmır. Nəzərə almaq lazımdır ki, rəsmi Tbilisi Moskva ilə münasibətləri normallaşdırmağa səy göstərir. Ona görə yolun bağlanmasını da Gürcüstanın Rusiya qarşısında bir xoşməramlı jesti saymaq olar.

Baş nazir müavinin İrəvan görüşünün “məhsuldar” keçdiyinə dair açıqlaması Moskvanın Ermənistanı yerində oturtduğuna dair, yaxud bu istiqamətdə rəsmi İrəvana xəbərdarlıq etdiyini mülahizə etməyə əsas verir.

A.Overçukun səfəri ABŞ, Fransa və başqalarının Ermənistana maraqlarını reallaşdırmaq üçün qoyduqları mayanın batması kimi də qəbul etmək olar. Çünki ötən illərin hadisələri, bu ölkənin potensialı və başqa göstəriciləri rəsmi İrəvanın RF-yə qarşı çıxmağa gücü və cürəti çatmadığı ehtimalını söyləməyə imkan yaradır.

İrəvanın demokratiya oyunu oynaması, Qərblə Rusiya arasında ikili oyun oynaması Ermənistan hakimiyyətinin yolunun azmasının göstəricisidir. Hadisələrin gedişi sübut edir ki, hamıya, hər kəsə razılıq vermək etimadsızlıq yaradır. Bu baxımdan Ermənistanın həm qərbin, həm də Rusiyanın idarə etdiyi avtomobildə olması mümkünsüzdür. Ona görə də demək olar ki, Overçuk Paşinyana bunu izah etdiyi üçün görüşü məhsuldar sayıb.

Odur ki, ABŞ-nin Ermənistana qoyduğu mayanın batdığını, Rusiyanın isə ermənilərə xərclədiyi maliyyə vəsaitinin dirildiyini söyləmək mümkündür.

REPORT.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda çoxuşaqlı ailələrdə hər uşağa görə müavinət verilə bilər - AÇIQLAMA
Bu gün, 13:05
Zəngəzurla bağlı gözlənilməz addım: - Geri çəkildilər
Bu gün, 13:03
Bu ay sülh sazişinin imzalanması təklif olunur - “Nezavisimaya qazeta”
Bu gün, 13:02
Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin uşaqları üçün tədbir keçirilib - FOTO, VİDEO
Bu gün, 12:53
Azərbaycanda orta aylıq əmək haqqı 1 000 manatdan aşağı düşdü - DETALLAR
Bu gün, 12:49
Qısamüddətli az yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:43
“Qardaşım məni döydüyü üçün travma ilə böyümüşəm”
Bu gün, 12:42
Trampdan ermənipərəst konqresmenə ittiham: - Adam Şiff ölkənin daxili düşmənidir
Bu gün, 12:37
FHN-də şeyxin qohumunun yerinə təyinat - ƏMR
Bu gün, 12:35
Yaxın Şərq yenidən qurulacaq, süni dövlətlər yaradılacaq - Şok xəritə
Bu gün, 12:28
Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? - İTTİHAM VAR...
Bu gün, 12:21
“Ermənilər geri qayıtdıqdan sonra sülh müqaviləsi imzalansın” - Larisa Alaverdyan
Bu gün, 12:18
Naməlum uçan obyektlər 17 gün ABŞ hərbi bazasını izləyib - “The Wall Street Journal”
Bu gün, 12:11
Qazaxda 23 yaşlı oğlan minaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:02
PARTİYA SƏDRİ İLƏ DEPUTAT ARASINDA “ATIŞMA” – “Səni kimi elmlər doktoru olmaqdansa...”
Bu gün, 11:58
Xoşqədəm Hidayətqızı GİZLİNLƏRİ AÇDI: - “Pulu əlində qalırdı, efirə buraxmırdılar”
Bu gün, 11:46
Mərhum bəstəkarın xanımından etiraz: - Gənc xanəndə məşhur mahnıya dəyişiklik edib?
Bu gün, 11:44
“İlon Mask sputniklə camaata internet paylayır, mən isə pulunu verirəm, amma 100 meqabitimi ala bilmirəm” - ETİRAZ VAR...
Bu gün, 11:37
Bu məktəblərdə oxuyan şagirdlərə təqaüd verilə bilər - AÇIQLAMA
Bu gün, 11:34
“Urmiyə gölü qurusa, İran bir tikə çörəyə möhtac qalacaq” - FAKT BUDUR!
Bu gün, 11:29
Müəllimlərin hər birindən qanunsuz olaraq, 60 manat tələb olunur... - NARAZILIQ VAR...
Bu gün, 11:26
"Biz düşmənlikdən rəqabətə keçən yolu doğru sayırıq" - Partiya sədri
Bu gün, 11:21
Müharibə Ağ Evdə kimi prezident edəcək? - AKTUAL
Bu gün, 11:19
“Qərb Ermənistana yalnız kökə göstərir” - Sotiriadis
Bu gün, 11:18
Aİ Rusiya və İrana qarşı sanksiyaları genişləndirəcək – Politico
Bu gün, 11:15
Narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü yol polisləri tərəfindən saxlanılıb - FOTO, VİDEO
Bu gün, 11:12
Jurnalistin anasının ölümü ilə bağlı araşdırma yekunlaşdı - Cinayət işi açılmadı
Bu gün, 11:07
"Onun deputat seçilməsi xalqa təhqirdir" - Professorla tarixçi alim arasında qarşıdurma
Bu gün, 11:05
Zəngəzur: Cənubi Qafqazın taleyini dəyişdirəcək dəhliz - İNCƏLƏMƏ
Bu gün, 11:02
Haqsız yerə işdən çıxarıldı, indi ÇƏTİN DURUMDADIR... - NƏ ETSİN?!!
Bu gün, 10:49
Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR
Bu gün, 10:39
İçdi, qanunu pozdu və qəhrəman oldu...
Bu gün, 10:34
Ermənilər panikada: lokal döyüşlər gözlənilir - GƏLİŞMƏ
Bu gün, 10:29
Biz mümkün qədər tez sülh müqaviləsi bağlamağa hazırıq - QRİQORYAN
Bu gün, 10:28
“Livan İsrailə bir ildə 14 min raket atıb” – Yoav Qalant
Bu gün, 10:26
Hindistan rupisi yeni tarixi minimum yeniləyib
Bu gün, 10:23
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Bu gün, 10:11
Rüşvətə görə həbs edilən sabiq direktor bəraət istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:07
Tibb Universitetinin professoru vəfat etdi
Bu gün, 10:02
EDM-lərə yaşıl işıq yandırılıb, sahibkarlar keçmək istəmirlər - Maşın var, şərait yoxdur
Bu gün, 10:00
"Özünü bu günə salmağa ehtiyac yox idi"
Bu gün, 09:58
Şirkətlər “Yelo Bank”dan nə qədər vəsait geri götürüb? — yüz milyonlarla manat
Bu gün, 09:55
“Azklima Service” MMC -nin dövlətə küllü miqdarda - VERGİ BORCU YARANIB
Bu gün, 09:51
Deputat Asif Əsgərov seçiciləri ilə ilk görüşünü keçirdi - FOTO
Bu gün, 09:38
“Bosh shelf”in departament müdiri SOCAR prezidentindən çox maaş alır? – İLHAM EMİNBƏYLİ HAQDA ŞOK İDDİALAR
Bu gün, 09:34
"Aslan Hacıyevin nə istədiyini biz anlaya bilmirik..." - NAZİRƏ MÜRACİƏT
Bu gün, 09:29
Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:23
"Onlar da acığa düşüb, işimi lap ağırlaşdırdılar" - AXI NİYƏ?
Bu gün, 09:22
Lalə Məmmədovadan qızları ilə bağlı paylaşım - FOTO
Bu gün, 09:15
İlqar Qəribovu məsuliyyətdən belə qurtarıblar... - İLGİNC FAKTLAR
Bu gün, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru