PARTİYA SƏDRİ İLƏ DEPUTAT ARASINDA “ATIŞMA” .....                     Xoşqədəm Hidayətqızı GİZLİNLƏRİ AÇDI: .....                     Mərhum bəstəkarın xanımından etiraz: .....                     “İlon Mask sputniklə camaata internet paylayır, mən isə pulunu verirəm, amma 100 meqabitimi ala bilmirəm” .....                     Bu məktəblərdə oxuyan şagirdlərə təqaüd verilə bilər .....                     “Urmiyə gölü qurusa, İran bir tikə çörəyə möhtac qalacaq” .....                     Müəllimlərin hər birindən qanunsuz olaraq, 60 manat tələb olunur... .....                     "Biz düşmənlikdən rəqabətə keçən yolu doğru sayırıq" .....                     Müharibə Ağ Evdə kimi prezident edəcək? .....                     “Qərb Ermənistana yalnız kökə göstərir” .....                     Aİ Rusiya və İrana qarşı sanksiyaları genişləndirəcək .....                     Narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü yol polisləri tərəfindən saxlanılıb .....                     Jurnalistin anasının ölümü ilə bağlı araşdırma yekunlaşdı .....                     "Onun deputat seçilməsi xalqa təhqirdir" .....                     Zəngəzur: Cənubi Qafqazın taleyini dəyişdirəcək dəhliz .....                     Haqsız yerə işdən çıxarıldı, indi ÇƏTİN DURUMDADIR... .....                     Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi .....                     İçdi, qanunu pozdu və qəhrəman oldu... .....                     Ermənilər panikada: lokal döyüşlər gözlənilir .....                     Biz mümkün qədər tez sülh müqaviləsi bağlamağa hazırıq .....                     “Livan İsrailə bir ildə 14 min raket atıb” .....                     Hindistan rupisi yeni tarixi minimum yeniləyib .....                     Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb .....                     Rüşvətə görə həbs edilən sabiq direktor bəraət istəyir .....                     Tibb Universitetinin professoru vəfat etdi .....                     EDM-lərə yaşıl işıq yandırılıb, sahibkarlar keçmək istəmirlər .....                     "Özünü bu günə salmağa ehtiyac yox idi" .....                     Şirkətlər “Yelo Bank”dan nə qədər vəsait geri götürüb? .....                     “Azklima Service” MMC -nin dövlətə küllü miqdarda .....                     Deputat Asif Əsgərov seçiciləri ilə ilk görüşünü keçirdi .....                     “Bosh shelf”in departament müdiri SOCAR prezidentindən çox maaş alır? .....                     "Aslan Hacıyevin nə istədiyini biz anlaya bilmirik..." .....                     Azad Füzuli sürətlə bərpa edilir .....                     "Onlar da acığa düşüb, işimi lap ağırlaşdırdılar" .....                     Lalə Məmmədovadan qızları ilə bağlı paylaşım .....                     İlqar Qəribovu məsuliyyətdən belə qurtarıblar... .....                     Bakı metrosunun deposunda əmlaka qəsdən ziyan vuran .....                     TƏBİB-in daha 5 tenderi ləğv olundu .....                     Ramiz Mehdiyev Avropa Məhkəməsinə şikayət edəcək? .....                     Daha nə qədər erməni əsgər intihar etməyə hazırlaşır? .....                 

Vaşinqtonun yeni cəhdi və Bakıdan mesaj... - “Məcburi vasitəçilik ola bilməz”
Tarix: 17-09-2024, 16:02 | Çap et
Vaşinqtonun yeni cəhdi və Bakıdan mesaj...
ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı sentyabrın 16-da baş tutub. Azərbaycan liderinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir ki, Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, ABŞ-ın bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.

“Regionda artıq sülhün mövcud olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb”, - deyə məlumatda vurğulanıb.

Bildirilib ki, Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz Azərbaycan olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb.

Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasnamə əsasında bu prosesin aparılacağını bildirib.

Telefon söhbəti zamanı COP29-un ölkəmizdə keçirilməsi məsələsinə toxunulub. Antoni Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb. Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi ilə bağlı xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunu deyib.

“Telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb”, - qeyd edilib.

Beynəlxalq hüquq eksperti Fərhad Mehdiyev AYNA-ya müsahibəsində deyib ki, rəsmi Vaşinqtonun dəqiq mövqeyi və Blinkenin zənginin dəqiq detallarını bilmirik:

- Amma açıqlanan məlumat əsasında deyə bilərik ki, Blinken sülhün vacibliyini qeyd edir və daha əvvəl əldə olunan razılaşmaları sadalayır. Bununla demək olar ki, rəsmi Vaşinqton tərəfləri sülhə motivasiya etməkdə maraqlıdır. Yada salmaq istəyirəm ki, bundan əvvəl Böyük Britaniyanın Təhlükəsizlik Xidmətinin rəhbəri də Bakıya gəlmişdi. Nəzərə almaq lazımdır ki, ABŞ və Böyük Britaniya bir çox məsələlərdə müttəfiq kimi çıxış edirlər. Ola bilsin ki, bu dövlətlərdə regionda müəyyən hərəkətliliklə bağlı məlumatlar var.

Unutmayaq ki, Vaşinqton əvvəllər sülh prosesində çox aktiv idi, nazirlərin görüşlərini keçirdilər, danışıqlar aparıldı. Bu yaxınlarda isə prosesdə Rusiyanın aktivləşməsinin şahidi olduq. İndi ABŞ mesaj verir ki, sülh prosesinində var və prosesin gedişində maraqlıdır, irəliləyiş istəyir. Təbii ki, sülh prosesində beynəlxalq qüvvə kimi iştirakda birinciliyi ABŞ əldən vermək istəmir.

- Amma faktiki olaraq sülh prosesi bir müddətdir ki, vasitəçilərsiz davam edir...

- Bilirsiniz, ABŞ burada müəyyən məsələləri nəzərə almalıdır. Əslində həm ABŞ, həm Rusiya bu gün faktiki ləğv olunmuş Minsk Qrupunun həmsədrləri kimi çıxış edirlər. Lakin bu məsələdə Moskva öz mövqeyini ortaya qoyub. Rusiya bəyan edib ki, Minsk Qrupunu artıq qeyri-işlək orqan kimi görür və bu təsisatın fəaliyyətində maraqlı deyil. Prezident İlham Əliyev Minsk Qrupu ilə bağlı məsələni Vaşinqtonun diqqətinə çatdırmaqla demək istəyir ki, ABŞ Minsk Qrupu ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoymasa, sülh prosesində mediatorluq edə bilməyəcək. Məncə, Blinken bu mesajı yaxşı başa düşməlidir. Öz növbəsində, Vaşinqton mesaj verməlidir ki, Minsk Qrupunun vasitəsi ilə deyil, ABŞ olaraq vasitəçilikdə maraqlıdır.

Bilirsiniz, vasitəçilik odur ki, münaqişə tərəfləri vasitəçilik etmək istəyən qüvvələrin vasitəçiliyinə könüllü şəkildə razılıq verməlidir. Əgər tərəflərdən biri vasitəçiliyə razı deyilsə, o zaman vasitəçilik alternativ həll yolu kimi aradan çıxır. Faktiki olaraq, Minsk Qrupu aradan çıxıb. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, Minsk Qrupunun vasitəçiliyindən imtina edib. Məcburi vasitəçilik isə ola bilməz.

- Ümumiyyətlə, “ölü” qurum olan Minsk Qrupunun sözdə fəaliyyəti kimə faydalıdır?

- Ermənistan Minsk Qrupundan istifadə etməkdə maraqlıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla şərtsiz razılaşmada maraqlı deyil. Rəsmi İrəvan Bakı ilə danışıqlar masasında əlinin güclü olmasını istəyir. Paşinyan Qarabağdan könüllü gedən ermənilərdən alver predmeti kimi istifadə etmək niyyətindədir. Minsk Qrupu isə İrəvana bunun üçün lazımdır. Amma Paşinyan yaddan çıxarmamalıdır ki, Ermənistandan qovulan və sayları Qarabağdan könüllü gedən ermənilərin sayından qat-qat çox olan Qərbi Azərbaycan qaçqınları var. Azərbaycan bu məsələni ortaya qoyacaq ki, İrəvan burada “pas” vəziyyətinə düşəcək.

Eyni zamanda, ABŞ, Fransa, elə Rusiyanın özü də Minsk Qrupunun fəaliyyətində maraqlıdır. Söhbət vasitəçilik niyyətinin davam etməsindən gedir. Rusiya reallığı başa düşdü və israr etmir. ABŞ və Fransa da reallığı anlamalıdırlar. Dediyim kimi, tərəflərdən biri Minsk Qrupunun vasitəçiliyinə razı deyilsə, o zaman zorla vasitəçilik mümkün olmayacaq.

- Sülh sazişi üçün indi nə çatmır?

- Əslində Ermənistan ədalətli sülh üçün çox addımlar atmalıdır. Məsələn, müharibə təzminatı deyilən bir məsələ var. Biz 30 ildən çox işğalda qalan Azərbaycan ərazilərinin, kənd, qəsəbə, şəhərlərin necə viran edildiyi faktı ortadadır. Bu dağıntıların, vandalizmin təsirlərinin aradan qaldırılmasına milyardlarla vəsait lazımdır. Amma ədalətli sülh üçün İrəvanın çox şey etmək niyyəti yoxdur.

Sazişin imzalanmasına gəlincə, Azərbaycanın sülh sazişi ilə bağlı təklifləri ağlabatandır. Bakının tələbləri ortadadır və onlar yerinə yetirilməlidir. Lakin Ermənistan tərəfi bu tələblərdən boyun qaçırır. Məsələn, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını özündə ehtiva edən maddə dəyişməlidir. Lakin Ermənistan bunu dəyişmək istəmir. Bu isə sazişin imzalanmasına mane olan amillərdən biridir.

- Rəsmi İrəvan və şəxsən Paşinyan tərəfindən sülhə razılıqla bağlı bəyanatlar verilir. Digər tərəfdən isə Bakının tələblərini yerinə yetirmək istəmirlər. Bu ziddiyyətin səbəbi nədir?

- Paşinyan bilir ki, indi konstitusiya islahatları aparmaq üçün referendum keçirsə, qorxur ki, tələb olunan səsi əldə etməyə bilər. Bu, Paşinyan hakimiyyəti üçün böyük sınaq olar. Düzdür, Ermənistanda indi Paşinyan qədər populyar olan ikinci bir siyasətçi yoxdur. Lakin Paşinyana səs verəcək ermənilərin faizi 50-dən çox deyil. Bu gün ümumi seçicinin 40 faizdən artığı Paşinyanı dəstəkləmir. Amma ən çox dəstəkçi də Paşinyanındır, digər siyasi qüvvələr, 10-15 faiz civarında dəstəklənir. Sabah referendum keçirilsə, ermənilərin neçə faizinin Paşinyanın islahatlarına dəstək verəcəyi tam bəlli deyil. Bu isə Nikolun əminliyinə çübhə ilə yanaşmasına səbəb olur. Ola bilsin ki, Paşinyan “Tarixi Ermənistan nağılının arxasınca qaçmaq lazım deyil” bəyanatı verməklə erməniləri reallığa alışdırır. Ona görə də konstitusiya islahatını 2027-ci ilədək uzatmaq istəyir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
PARTİYA SƏDRİ İLƏ DEPUTAT ARASINDA “ATIŞMA” – “Səni kimi elmlər doktoru olmaqdansa...”
Bu gün, 11:58
Xoşqədəm Hidayətqızı GİZLİNLƏRİ AÇDI: - “Pulu əlində qalırdı, efirə buraxmırdılar”
Bu gün, 11:46
Mərhum bəstəkarın xanımından etiraz: - Gənc xanəndə məşhur mahnıya dəyişiklik edib?
Bu gün, 11:44
“İlon Mask sputniklə camaata internet paylayır, mən isə pulunu verirəm, amma 100 meqabitimi ala bilmirəm” - ETİRAZ VAR...
Bu gün, 11:37
Bu məktəblərdə oxuyan şagirdlərə təqaüd verilə bilər - AÇIQLAMA
Bu gün, 11:34
“Urmiyə gölü qurusa, İran bir tikə çörəyə möhtac qalacaq” - FAKT BUDUR!
Bu gün, 11:29
Müəllimlərin hər birindən qanunsuz olaraq, 60 manat tələb olunur... - NARAZILIQ VAR...
Bu gün, 11:26
"Biz düşmənlikdən rəqabətə keçən yolu doğru sayırıq" - Partiya sədri
Bu gün, 11:21
Müharibə Ağ Evdə kimi prezident edəcək? - AKTUAL
Bu gün, 11:19
“Qərb Ermənistana yalnız kökə göstərir” - Sotiriadis
Bu gün, 11:18
Aİ Rusiya və İrana qarşı sanksiyaları genişləndirəcək – Politico
Bu gün, 11:15
Narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü yol polisləri tərəfindən saxlanılıb - FOTO, VİDEO
Bu gün, 11:12
Jurnalistin anasının ölümü ilə bağlı araşdırma yekunlaşdı - Cinayət işi açılmadı
Bu gün, 11:07
"Onun deputat seçilməsi xalqa təhqirdir" - Professorla tarixçi alim arasında qarşıdurma
Bu gün, 11:05
Zəngəzur: Cənubi Qafqazın taleyini dəyişdirəcək dəhliz - İNCƏLƏMƏ
Bu gün, 11:02
Haqsız yerə işdən çıxarıldı, indi ÇƏTİN DURUMDADIR... - NƏ ETSİN?!!
Bu gün, 10:49
Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR
Bu gün, 10:39
İçdi, qanunu pozdu və qəhrəman oldu...
Bu gün, 10:34
Ermənilər panikada: lokal döyüşlər gözlənilir - GƏLİŞMƏ
Bu gün, 10:29
Biz mümkün qədər tez sülh müqaviləsi bağlamağa hazırıq - QRİQORYAN
Bu gün, 10:28
“Livan İsrailə bir ildə 14 min raket atıb” – Yoav Qalant
Bu gün, 10:26
Hindistan rupisi yeni tarixi minimum yeniləyib
Bu gün, 10:23
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Bu gün, 10:11
Rüşvətə görə həbs edilən sabiq direktor bəraət istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:07
Tibb Universitetinin professoru vəfat etdi
Bu gün, 10:02
EDM-lərə yaşıl işıq yandırılıb, sahibkarlar keçmək istəmirlər - Maşın var, şərait yoxdur
Bu gün, 10:00
"Özünü bu günə salmağa ehtiyac yox idi"
Bu gün, 09:58
Şirkətlər “Yelo Bank”dan nə qədər vəsait geri götürüb? — yüz milyonlarla manat
Bu gün, 09:55
“Azklima Service” MMC -nin dövlətə küllü miqdarda - VERGİ BORCU YARANIB
Bu gün, 09:51
Deputat Asif Əsgərov seçiciləri ilə ilk görüşünü keçirdi - FOTO
Bu gün, 09:38
“Bosh shelf”in departament müdiri SOCAR prezidentindən çox maaş alır? – İLHAM EMİNBƏYLİ HAQDA ŞOK İDDİALAR
Bu gün, 09:34
"Aslan Hacıyevin nə istədiyini biz anlaya bilmirik..." - NAZİRƏ MÜRACİƏT
Bu gün, 09:29
Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:23
"Onlar da acığa düşüb, işimi lap ağırlaşdırdılar" - AXI NİYƏ?
Bu gün, 09:22
Lalə Məmmədovadan qızları ilə bağlı paylaşım - FOTO
Bu gün, 09:15
İlqar Qəribovu məsuliyyətdən belə qurtarıblar... - İLGİNC FAKTLAR
Bu gün, 09:12
Bakı metrosunun deposunda əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı apellyasiya şikayəti verdi
Bu gün, 09:08
TƏBİB-in daha 5 tenderi ləğv olundu - BU NƏDİ BELƏ?!
Bu gün, 09:00
Ramiz Mehdiyev Avropa Məhkəməsinə şikayət edəcək? - Tanınmış vəkil keçmiş PA şefinə YOL GÖSTƏRDİ
Bu gün, 08:58
Daha nə qədər erməni əsgər intihar etməyə hazırlaşır? - Stepan Danielyan
Bu gün, 08:53
Hakim Tural Məmmədov iddiaları necə araşdırır? - "ABC-TELECOM" MMC və o...
Bu gün, 08:52
Azərbaycanda inşaat şirkəti mənfəət və zərərini bölüşdürəcək
Bu gün, 08:47
Ermənilər Trampdan niyə qorxur? – 5 noyabrdan sonra…
Bu gün, 08:45
Əhməd cəmiyyət arasına qayıda bilərmi? - AÇIQLAMA
Bu gün, 08:38
"Verdikləri internetdə nə artım var, nə keyfiyət..." - NƏ ETMƏLİ?
Bu gün, 08:32
KAPİTAL BANK cibimiziə belə girir... - GİLEY
Bu gün, 08:22
ADAU-da vəziyyət acınacaqlı durumdadır... - NARAZILIQ VAR...
Bu gün, 08:10
Ümid Zəngəzur dəhlizinədir... - Belə davam edərsə...
Bu gün, 08:02
1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
Bu gün, 07:05
Sərhəddə nələr yaşanır? - Erməni hərbçinin əl işarəsi şok etdi
Bu gün, 07:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru