ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                 

Məktəblər sələmçilərin, jalüz pulu yığanların əlində yesir qalıb... - FAKT BUDUR!
Tarix: 19-09-2024, 08:37 | Çap et
Məktəblər sələmçilərin, jalüz pulu yığanların əlində yesir qalıb...
Azərbaycan təhsili "Ac hərflər" teletamaşasına oxşayır. Bu sistemdə acgözlük, tamahkarlıq iyrəndirir. Çünki müəllim adından bəhs olunur. Müəllim ziyadır, işıqdır, dəyərdir deməklə olmur, indi məktəb direktorları, sinif rəhbərləri lombard biznesinə girişib, sələmə pul verir, valideyn komitələrinin əli ilə 5 oktyabr və 8 mart pulları yığdırır, sinif otaqlarını təmir etdirir, təbaşirdən tutmuş silgiyə qədər, jalüzdən lampaya xərcini valideynlərdən çıxarır. Belə iyrənc, üfunət qoxulu təhsil sistemi olarmı? O direktora, o müəllimə kim hörmət qoyar? Hələ onların seçki saxtakarlıqlarında iştirakı da bir ayrı ikrah hissi doğurur. Və kimsə sual verəndə ki, Misir Mərdanovdan bura nə dəyişib, birmənalı şəkildə demək olar - HEÇ NƏ!
Hətta Misir Mərdanov fizik, elm adamı olduğu üçün ən azından təhsilin keyfiyyətinin nə olduğunu yaxşı bilirdi. Ondan sonra Mikayıl Cabbarov, Ceyhun Bayramov, indi də Emin Əmrullayev təhsilə bər-bəzək, kosmetika belə gətirə bilmədilər. Sonuncu nazir isə təhsildə olan biabırçılıqlara hər dəfə bir don geyindirir. Cənab Emin Əmrullayev, eybəcərliklərə don biçmək lazım deyil, təhsilin donunu dəyişmək lazımdır...
Baxın: İmişlidə müəllimə ilk tədris günü küçədə şagirdlər üçün yerə palaz sərib dərs keçir, başqa bir yerə İradə müəllimə söhbəti çıxır, bütün sosial media məsxərəyə qoyur, ardınca bəlli olur ki, məktəbin birində dərs başlamamış jalüz pulu istənilir; hələ bizim öz çevrəmizdə, tanış-tunuş, qohum-əqraba içərisində nə qədər şikayətlər, narazılıqlar var - kimisi deyir ki, indidən mayda keçiriləcək ibtidai siniflə vida tədbiri üçün pul yığılır, kimisi danışır ki, sinifdə hər şagirddən 10 manat təmir pulu yığılır, kimisi dövlətin təmin etdiyi dərs vəsaitlərindən əlavə müəllimlərin valideynləri xərcə salıb yenilərini aldırmasından giley-güzar edir, kimisi də 5 oktyabr Müəllim Günü üçün neçə manatdan pul toplanmasını müzakirə edir. Nazirlik deyə bilməz ki, konkret hansı təhsil ocağından söhbət gedir, total şəkildə bu hallar mövcuddur. Valideynlərin üzərinə də məsuliyyət qoyula bilməz, çünki valideyn komitəsinin rəhbəri sinif rəhbərinə "işləyir", o da direktora. Bir piramida var və hansı sinif zəif hədiyyə verəndə sir-sifət sallayırlar, mıs-mırıq edirlər. Bu qədər sadə, bu qədər açıq, bu qədər rüsvayçılıqlarla dolu təhsil sistemimiz var. Amma Qərb sisteminə əla bələd olan nazir Emin Əmrullayev bu illər ərzində heç bir genişmiqyaslı islahat həyata keçirməyib. Misir Mərdanov dövründə hansı biabırçı ənənələr var idisə, indi də yaşadılır. Hərçənd dünya dəyişir, 2024 başa çatır, müasir trendlər meydana çıxır, texnoloji inkişaf təhsil sisteminə fərqli töhfələr verir, Çin, Vyetnam, Sinqapur, Norveç, Finlandiya, Kanada və bu kimi ölkələr təhsildə xariqələr yaradır, ən yeni nəsil yüksək səviyyədə yetişdirilir, amma biz qalmışıq sanki at-araba dönəmində, Sabir demiş, "özgələr göydə balonlarda gəzir", Azərbaycan məktəbləri isə Əmirullayevin rəhbərliyi altında pul, pul, pul haqda düşünür. Yəni bir addım da irəliləyiş yoxdur. Bu il ali məktəblərə qəbul sayında yüksək nəticəyə də aldanmayın. Əvvəla, repetitor hesabınadır, ikincisi, ballar elə aşağıdır ki, oxumayıb 250 bal yığan da hansısa universitetə qəbul olunur. Ona görə də geridəqalmış təhsil sistemində köklü islahatlar olmasa, sələmçi direktorlar və qızıl alverçisi müəllimlərlə bu siyasət davam edəcəksə, bizim şikəst təhsilimiz qanqrena verməyə başlayacaq. Hörmətlər, cənab nazir!

Azər Talıbov
Anaxeber.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Dünən, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Dünən, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Dünən, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Dünən, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Dünən, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Dünən, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Dünən, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Dünən, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Dünən, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Dünən, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Dünən, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Dünən, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Dünən, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Dünən, 03:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru