Yerin altı tıxac, üstü tıxac - Mənzil başına necə çataq?
Tarix: 26-09-2024, 10:22 | Çap et
 Artıq elə bir məqam çatıb ki, insanlar yalnız yerüstü nəqliyyatda yox, yer altında da tıxaca düşür. Tıxaca düşmədən, mənzil başına vaxtında çatmaq üçün istifadə edilən metroda da sıxlıqlar artıb.
Bəs hazırda metrolarda da yaranan tıxac problemi necə həll edilməlidir?
"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-in suallarını cavablandırarkən qeyd edib ki, metropolitendə sərnişin sayında artım hiss olunur.
"Bu, əvvəlcədən də proqnozlaşdırılırdı. Yeni tədris ili başlamazdan əvvəl elan etdik ki, "Bakı Metropoliteni" ən optimal hərəkət qrafikini təqdim edəcək. Yəni qatarlar arasında interval səhər və axşam gur saatlarda texniki cəhətdən mümkün olan ən minimal həddə təyin olunacaq. Hazırda bu tətbiq olunur. Təbii ki, "Bakı Metropoliteni" stansiyalarının bəlli bir buraxıcılıq qabiliyyəti və eyni zamanda, hər bir vaqonun 315-330 sərnişin tutumu var. Bu standartlar dəyişdirilə bilməz. Səhər və axşam gur saatlarda texniki cəhətdən mümkün olan ən minimal hədd olduğundan ehtiyat qatarların buraxılması mümkün deyil. Bu səbəbdən xətdə qatarların manevrindən istifadə edilir.
Sıxlıq yalnız 4 stansiya - "Elmlər Akademiyası", "28 May", "Gənclik" və "Nəriman Nərimanov" üzrə olur. Sərnişin sayının çoxluğu səbəbindən "yaşıl" və "qırmızı xətt" üzrə qatarların hərəkətində sıxlıq müşahidə edilir. Bu zaman isə ehtiyat qatarından istifadə olunur", - deyə o bildirib.
Məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, metroda olan sıxlıq açıq, qabarıq şəkildə görünür və demək olar ki, hər il yaşanılan bir haldır.
"Amma bu problem cari ildə daha qabarıq bir vəziyyətdə özünü göstərdi. Bir çox ölkələrin təcrübəsinə baxanda görürük ki, metronun inkişafı böyük bir strategiya kimi qarşıya qoyulur və buna ciddi şəkildə əməl olunur. Ancaq bizdə, çox təəssüf ki, metronun inkişafı ləng gedib. Görürük ki, vəziyyət çox çətindir. "28 May" stansiyasının qarşısını görəndə adamı dəhşət bürüyür ki, görəsən, nə baş verir?!
Metroya girişin bu qədər çətinliyə çevrilməsi insanı dəhşətə gətirir. Fikrimcə, bu məsələlər çox ciddi şəkildə düşünülməli, təhlil edilməli və həlli tapılmalıdır. Sərnişini stansiyanın nə vaxt tikilməsi, niyə gec tikilməsi maraqlandırmır. Sərnişini maraqlandırır ki, vaxtında mənzil başına çatsın və bunu da həll etmək aidiyyəti qurumların vəzifə borcudur.
Biz ictimai nəqliyyata insanları stimullaşdırmaqdan, həvəsləndirməkdən danışırıq, deyirik, hamı avtobusa minsin, şəxsi maşın sürməsin. İnsanları bu vəziyyətə salandan sonra kim şəxsi maşından imtina edəcək?! Əksinə, maşını olmayanlar da gedib maşın alacaq. Çünki artıq yeni mövsüm başlayıb, tələbələr dərsə gedir və dünənə qədər metro ilə övladını məktəbə göndərən valideyn artıq bu gün fikirləşir ki, təzə maşın alım, uşaq yolda qalmasın, ya taksi tutum, uşaq taksi ilə getsin məktəbə, ya da 18 yaşı tamam olan kimi bir maşın alım, özü dərsə rahat getsin-gəlsin, belə çətinlik də olmasın.
Yəni artıq proses bu səviyyədə narahatlıq doğurmağa başlayıb. Ümid edirəm ki, metro bunu nəzər alacaq. Yerüstü nəqliyyətda da ciddi problemlər var. Avtobusların sayı arzuolunan qədər deyil. Sayı artırılanda keyfiyyəti aşağı düşür. Keyfiyyəti artıranda say aşağı düşür. Yəni çox çətin bir vəziyyətdir. Bu, böyük vaxt aparacaq. Çox qısa zamanda bunu həll etmək mümkün deyil. Amma bu da bu günün problemi deyil", - deyə o əlavə edib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? - İNCƏLƏMƏ
Dünən, 13:02 |
|
|
|
| • Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib - “RBK-Ukrayna”
Dünən, 12:58 |
|
|
|
| • Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? - ARAŞDIRMA
Dünən, 12:31 |
|
|
|
| • “Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır?
Dünən, 12:29 |
|
|
|
| • Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO
Dünən, 12:26 |
|
|
|
| • “Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Dünən, 12:19 |
|
|
|
| • Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Dünən, 12:01 |
|
|
|
| • Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Dünən, 11:59 |
|
|
|
| • 20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Dünən, 11:54 |
|
|
|
| • Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Dünən, 11:34 |
|
|
|
| • 35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Dünən, 11:33 |
|
|
|
| • Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Dünən, 11:26 |
|
|
|
| • Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Dünən, 11:17 |
|
|
|
| • Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Dünən, 11:07 |
|
|
|
| • “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Dünən, 11:05 |
|
|
|
| • “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Dünən, 10:56 |
|
|
|
| • NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Dünən, 10:38 |
|
|
|
| • Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Dünən, 09:24 |
|
|
|
| • Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Dünən, 09:22 |
|
|
|
| • Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Dünən, 09:03 |
|
|
|
| • SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Dünən, 08:49 |
|
|
|
| • "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Dünən, 08:22 |
|
|
|
| • Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Dünən, 08:12 |
|
|
|
| • Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Dünən, 08:02 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Dünən, 07:03 |
|
|
|
| • "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Dünən, 07:00 |
|
|
|
| • “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Dünən, 06:56 |
|
|
|
| • Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Dünən, 06:53 |
|
|
|
| • Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Dünən, 06:49 |
|
|
|
| • Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Dünən, 06:40 |
|
|
|
| • DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Dünən, 06:37 |
|
|
|
| • “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Dünən, 06:35 |
|
|
|
| • Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Dünən, 06:32 |
|
|
|
| • “Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Dünən, 06:26 |
|
|
|
| • Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Dünən, 06:23 |
|
|
|
| • ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Dünən, 06:01 |
|
|
|
| • Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Dünən, 05:59 |
|
|
|
| • Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Dünən, 05:56 |
|
|
|
| • MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Dünən, 05:54 |
|
|
|
| • Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
27-05-2026, 17:30 |
|
|
|
| • Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
27-05-2026, 17:27 |
|
|
|
| • İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
27-05-2026, 17:07 |
|
|
|
| • Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
27-05-2026, 16:52 |
|
|
|
| • Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
27-05-2026, 16:50 |
|
|
|
| • Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
27-05-2026, 15:31 |
|
|
|
| • Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
27-05-2026, 15:29 |
|
|
|
| • Litva Rusiyaya nota verdi
27-05-2026, 15:24 |
|
|
|
| • "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
27-05-2026, 15:18 |
|
|
|
| • "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
27-05-2026, 15:15 |
|
|
|
| • Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
27-05-2026, 15:13 |
|
|
|
|