Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Yenicə olaraq AZAL-a birləşən Naxçıvan Hava limanında ƏCAİB QAYDALAR...

Yenicə olaraq AZAL-a birləşən Naxçıvan Hava limanında ƏCAİB QAYDALAR...


14-03-2024, 11:14
Yenicə olaraq AZAL-a birləşən Naxçıvan Hava limanında ƏCAİB QAYDALAR...
Naxçıvan Hava limanında taksi sürücülərinə avtomobili tərk etmək qadağan olunub. Bu qaydanı pozanlar cərimələnir, yaxud bir daha hava limanınına buraxılmırlar. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup taksi sürücüsü məlumat verib. Srücülər deyirlər ki, onlara maşında oturub, müştəri çağırmaq da qadağan olunub.
Sürücülərdən İsmayıl Süleymanov deyir ki, buna bənzər qadağa Vasif Talıbovun zamanında da olub, lakin, yeni hakimiyyət bunu yersiz sayıb, aradan qaldırıbmış. Son dövrlər isə, bütün əvvəlki qadağalar kimi, bu qadağa da daha sərt formada tətbiq edilməyə başlayıb:
“Talıbovun zamanında aeroportun qapısının ağzına kimi gəlmək qadağan olunmuşdu. Bunlar isə, maşından düşməyi qadağan ediblər. Deyək ki, sürücü maşını tərk edib, tualetə gedib. Əgər bunu görsələr, dərhal cərimə edirlər. Adını qoyublar ki, guya müştərilərin rahatlığını təmin edirlər. Əslində isə, pul tələsidir. Bu qadağa müştərinin də seçim imkanını azaldır. Əvvəllər bir-iki tanış qıraqdan görüb, yaxınlaşırdı, bir-iki nəfəri də özümüz səsləyib, dəvət edirdik. İndi müştəri çox zaman digər bölgədən olan sürücülərə yaxınlaşır. Onların da məcbur olub, müştəri ilə baha qiymətə razılaşır. Biz də maşından düşüb deyə bilmirik ki, məsələn, Ordubad taksisi mənəm”.
Şərurdan olan taksi sürücüsü Eldəniz Məmmədov da son vaxtlar hava limanında qoyulan qadağadan şikayət edir:
“Bizə deyirlər avtomobildən düşmə, şüşəni qaldırıb, sərnişin çağırma. Otur maşınında, müştəri yaxınlaşıb deyəndə ki, məni filan yerə aparar, o zaman cavab verərsən. Əvvəl çağırırdıq, daha tez müştəri tapırdıq. Müştəri görəndə ki, mənim 2 adamım var, gözləməmək üçün dərhal avtomobilə otururdu və biz yola düşürdük. İndi həm biz, həm müştəri saatlarla gözləməli olur. Həm də çox zaman qonaq gələn hansı taksinin hansı rayona işlədiyini bilmir. Başqa bölgədən olan taksilər onları baha aparır. Çünki, onlar gedib geri də qayıtmalıdırlar.”
Naxçıvan Hava Limanının adının çəkilməsini istəməyən əməkdaşı da taksi sürücülərinə qadağa tətbiq olunmasını təsdiqləyir:
“Əvvəllər onlar qapıya qədər gəlib, çığır-bağır salıb, müştəriləri narahat edirdilər. Bəzən də öz aralarında müştəri üstündə dava-dalaş olurdu. Müştərilər də haqlı olaraq şikayətçi olurdular. Bu səbəbdən onların qapıya yaxınlaşması, müştəriləri çağıraraq narahat etməsinə icazə verilmir və avtomobildə oturmaları tələb olunur”.

Geri qayıt