Əsas Səhifə > Güney Press, Reklam > “Çovdar” qızıl yatağının ətrafında növbəti ağacəkmə aksiyası keçirilib

“Çovdar” qızıl yatağının ətrafında növbəti ağacəkmə aksiyası keçirilib

15-03-2024, 16:57
“Çovdar” qızıl yatağının ətrafında növbəti ağacəkmə aksiyası keçirilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən “Çovdar” qızıl yatağının
yaxınlığında növbəti ağacəkmə aksiyası keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bölgənin yaşıllıq sahələrinin
artırılması, ekoloji tarazlığın təmin edilməsinə töhfə verilməsi məqsədilə təşkil edilən
aksiyada Səhmdar Cəmiyyətin 50 nəfər əməkdaşı iştirak edib. 1 hektar ərazidə yerli
şəraitə uyğun 1000 ədəd cökə ağacı əkilərək, aqrotexniki qaydada qulluq göstərilib.
Həmçinin tədbir çərçivəsində ərazidə müvafiq abadlıq işləri aparılıb.
Xatırladaq ki, “AzerGold” QSC fəaliyyətinin təmin edilməsində prioritet
sahələrdən biri elan etdiyi ətraf mühitin mühafizəsinə ardıcıl və sistemli dəstək göstərir.
Bugünədək QSC tərəfindən “Çovdar” yatağı və cinahlarda yerləşən qızıl mədənlərinin
yaxınlığında yerli şəraitə uyğun 15 mindən artıq ağac və kol bitkisi əkilib, yaşıllıqlar
salınıb. Həmçinin Daşkəsən rayonunda nadir və nəsli kəsilməkdə olan bitki növlərinin,
eyni zamanda biomüxtəlifiyin qorunması məqsədilə çoxsaylı təşəbbüslər həyata keçirilib.
Ötən il QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Korporativ sosial
məsuliyyət çərçivəsində ətraf mühit layihələrinə dəstək olan ən yaxşı tərəfdaş”
nominasiyası üzrə təltif edilib.
Səhmdar Cəmiyyət tərəfindən cari il də bu istiqamətdə tədbirlərin davam
etdirilməsi nəzərdə tutulub.

dia-az.info

Geri qayıt