Əsas Səhifə > Güney Press > Rusiyada Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri qiyabi həbs edildi

Rusiyada Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri qiyabi həbs edildi


26-03-2024, 16:18
Rusiyada Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri qiyabi həbs edildi
Moskvanın Basmannı məhkəməsi Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun terrorçuluq işi üzrə qiyabi həbsinə qərar verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin “Telegram” kanalında yer alıb.
“Qətnamədə... 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib”, - “Telegram” kanalında bildirilib.
Qeyd olunub ki, həbs müddəti Malyukun Rusiyada saxlanıldığı və ya Rusiya ərazisinə ekstradisiya edildiyi andan hesablanacaq.
Hazırda Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri federal və dövlətlərarası axtarışdadır.
Malyuk barəsində qiyabi həbs qərarına səbəb hərbi müxbir Vladlen Tatarskiyə, Ukraynanın keçmiş xalq deputatı İlya Kivaya və yazıçı Zaxar Prilepinə qarşı sui-qəsd cəhdlərində iştirakı ilə bağlı iddia olub.

Geri qayıt