Əsas Səhifə > Güney Press > Şirvanda qanunsuz narkotik satan 4 nəfər saxlanılıb

Şirvanda qanunsuz narkotik satan 4 nəfər saxlanılıb


27-03-2024, 08:08
Şirvanda qanunsuz narkotik satan 4 nəfər saxlanılıb
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ə.Alışov, C.Əhmədov, Ə.Heybətov və R.Dadaşova saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan dia-az.info-ya verilən məlumata görə, həmin şəxslərdən müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Geri qayıt