Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Fuad Nəcəfli Prezidentə ünvanlanan şikayətləri BİR KƏNARA TULLAYIR?

Fuad Nəcəfli Prezidentə ünvanlanan şikayətləri BİR KƏNARA TULLAYIR?


27-03-2024, 11:34
Fuad Nəcəfli Prezidentə ünvanlanan şikayətləri BİR KƏNARA TULLAYIR?
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Səfər Əhmədov hətta hazırki durumunda belə haqsızlıqla üz-üzə qalıb. Bu barədə sabiq məmur dia-az.info vasitəsilə ölkə rəhbərliyinə ünvanladığı müraciətində qeyd edir.

Fuad Nəcəfli Prezidentə ünvanlanan şikayətləri BİR KƏNARA TULLAYIR?

Müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident!

30 yanvar və 24 fevral 2024-cü ildə Birinci vitse-prezident, cox hörmətli Mehriban xanım Əlyevaya ünvanladığım müraciətlər, Mehriban xanım tərəfindən aidiyyatı üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə göndərilmişdir.

Buna baxmayaraq həmin orqan tərəfindən müraciətlərimin nəticəsinə dair hələ də mənə hər hansı şifahi və ya yazılı məlumat verilmir. Hesab edirəm ki, bu məsələyə konkret olaraq laqeyd münasibət bəslənilir və yaxud Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın tapşırıqlarına səlahiyyətli nümayəndəlikdə kimlərsə tərəfindən məhəl qoyulmur.

Müzəffər Ali Baş Komandan!

Sizdən çox xahiş edirəm bu barədə müvafiq orqana lazımi göstəriş və tapşırıqlarınızı verəsiniz.

Cənab Prezident, Sizə və Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm..."

Geri qayıt