Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...

“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...


28-03-2024, 10:23
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...
“Əldə etdiyimiz məlumatlara görə, bu gün işğal olunmuş artsax respublikasının(Azərbaycan ordusu tərəfindən azad olunmuş Yuxarı Qarabağ-S.L.) bütün ərazisində 10 və ya 11 erməni qalıb”.

Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Azərbaycan ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin sonuncu qondarma “prezidenti” Samvel Şahramanyan deyib .

“Onlar hərəkət edə bilməyən və ya yaxınlarının məzarlarının yanında qalmaq istəyən əlil və ya xəstə insanlardır. 2023-cü ilin sentyabrında baş verən məcburi köçdən(əslində könüllü-S.L.) sonra orada qalan artsax vətəndaşlarının sayı daha çox olub. Lakin sonra orada qalmağa qərar verən onlarla erməni də Qırmızı Xaç sayəsində Ermənistana gəlməyi seçib”, - deyə Şahramanyan bildirib.

Xatırladaq ki, 19-20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun lokal əməliyyatı sayəsində keçmiş Dağlıq Qarabağ ərazisinin qalan hissəsi də azad olunduqdan sonra həmin separatçıbaşı S.Şahramanyan 2024-cü il yanvarın 1-dək qondarma rejimin bütün qurumlarının ləğv ediləcəyi haqda “fərman” imzalamışdı. Lakin özü də Ermənistana keçdikdən sonra Rusiya və digər xarici güclərin təsiri altında İrəvanda separatçı-terrorçu rejimin qurumlarının fəaliyyətini bərpa etməyə cəhdlər göstərməyə başladı... Son məlumatlara görə, bu günlərdə S.Şahramanyan bir sıra xarici ölkə səfirləri, o cümlədən Fransa, Rusiya və ABŞ səfirləri ilə görüşlər keçirib...

Geri qayıt