Əsas Səhifə > Güney Press > Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb


28-03-2024, 10:48
 Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb
Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Bakı Ali Neft
Məktəbində SOCAR tərəfindən yaradılan Süni intellekt elmi-tədqiqat
laboratoriyası istifadəyə verilib. Bu barədə dia-az.info-ya BANM-dən bildirilib.
Laboratoriya BANM-də təhsil alan magistr və doktorant tələbələrin süni-
intellekt istiqamətində elmi-tədqiqat layihələrini həyata keçirməsi məqsədi ilə
qurulub. Elmi-tədqiqat mərkəzində həmçinin müxtəlif startap və qrant
layihələrinin də reallaşdırılması nəzərdə tutulur.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu laboratoriyanın gənc
tədqiqatçıların gələcək inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini
bildirib. Vurğulayıb ki, burada Çinin müvafiq təhsil və tədqiqat qurumları ilə
birgə layihələr həyata keçiriləcək.
SOCAR-ın Kommunikasiya məsələləri üzrə İcraçı direktoru Aygün
Hüseynova laboratoriyanın fəaliyyətinə uğurlar arzulayıb.



Geri qayıt