Əsas Səhifə > Güney Press > Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə endirib

Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə endirib


28-03-2024, 11:02
Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə endirib
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.

Dia-az.info xəbər verir ki, bu barədə AMB informasiya yayıb. AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,25%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25%-dən 5,75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,25%-ə endirilib.

Xatırladaq ki, AMB-nin bundan əvvəlki üç qərarında da uçot dərəcəsini endirib. Sonuncu dəfə bu il yanvarın 31-də uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6,25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilib.

Geri qayıt