Əsas Səhifə > Güney Press > “Azərbaycan Sənaye Bankı” Mərkəzi Bankın tələblərinə məhəl qoymur

“Azərbaycan Sənaye Bankı” Mərkəzi Bankın tələblərinə məhəl qoymur


28-03-2024, 15:22
“Azərbaycan Sənaye Bankı” Mərkəzi Bankın tələblərinə məhəl qoymur
Azərbaycan Mərkəzi Bankı “Azərbaycan Sənaye Bankı” ASC-yə icrası məcburi sərəncam verilməsi barədə sərəncam verilib.

Bu barədə Dia-az.info AMB-yə istinadən xəbər verir.
“Azərbaycan Sənaye Bankı” ASC tərəfindən məcmu halda likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində 2024-cü ilin fevral ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda Mərkəzi Bankın “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbini təmin etmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq Mərkəzi Bank tərəfindən “Azərbaycan Sənaye Bankı” ASC-yə bu sahədə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilmişdir.

“Sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır”- deyə, məlumatda qeyd edilir.

Geri qayıt