Əsas Səhifə > Güney Press > Azərbaycanda akkumulyator istehsal edən şirkətin

Azərbaycanda akkumulyator istehsal edən şirkətin


28-03-2024, 16:07
Azərbaycanda akkumulyator istehsal edən şirkətin
Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azmonbat” MMC-nin baş icraçı direktoru dəyişib.

Şirzat Əsgərov Əjdər oğlu şirkətin baş icraçı direktoru təyin edilib.

O bu vəzifədə İran Respublikasından olan Kuroş Purhabibi (Kourosh Pourhabib) əvəzləyib.

Xatırladaq ki, “Azmonbat” 2018-ci ildə yaradılıb və 5 500 020 manat nizamnamə kapitalı var. Şirkət SKSP-də qabaqcıl texnologiyaların tətbiqi ilə qurğuşun turşulu akkumulyator batareyaların utilizasiyasını həyata keçirir. Layihə çərçivəsində istifadə müddəti bitmiş akkumulyatorların utilizasiyası nəticəsində polipropilen, polietilen, qurğuşun lövhə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə edilir.

Banker.az

Geri qayıt