Əsas Səhifə > Güney Press > Nazir 3 universitetə yeni prorektor təyin etdi

Nazir 3 universitetə yeni prorektor təyin etdi


28-03-2024, 18:20
Nazir 3 universitetə yeni prorektor təyin etdi
Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinə prorektor vəzifəsinə yeni təyinatlar olub.

Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Belə ki, nazir Emin Əmrullayevin müvafiq əmrinə əsasən Ətrabə Gül Bakı Mühəndislik Universitetinin beynəlxalq əlaqələr üzrə, Könül Abaslı Sumqayıt Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə və Şahmar Umud oğlu Həsənov Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunublar.


Geri qayıt