Əsas Səhifə > Güney Press > Sara Təbrizinin müəmmalı ölümü

Sara Təbrizinin müəmmalı ölümü


29-03-2024, 11:06
Sara Təbrizinin müəmmalı ölümü
İranda gənc etirazçılara qarşı təzyiqlər davam edir.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, bu yaxınlarda ETTELAT-a çağırılan gənc qız müəmmalı şəkildə dünyasını dəyişib.

20 yaşlı keçmiş siyasi məhbus Sara Təbrizinin meyiti Tehranda atasının evində tapılıb.

Qeyd olunur ki, son günlər Sara Təbrizi təhlükəsizlik qüvvələri tərəfindən ağır psixoloji təzyiq altında olub. O, martın 24-də ETTELAT-a çağırılıbmış.


Geri qayıt