Əsas Səhifə > Güney Press > Nəsimi rayonunda 2024-cü ilin mart ayında səyyar qəbulları keçirilmişdir

Nəsimi rayonunda 2024-cü ilin mart ayında səyyar qəbulları keçirilmişdir


29-03-2024, 11:15
Nəsimi rayonunda 2024-cü ilin mart ayında səyyar qəbulları keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların
müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının icrası
istiqamətində tədbirlər çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən səyyar
qəbulların keçirilməsi davam etdirilir, vətəndaşların qaldırdıqları məsələlərin həlli daim
diqqət mərkəzində saxlanılır.
1, 2 və 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanları əhatə edən
ərazilərdə RİH başçısı Asif Əsgərov tərəfindən 2024-cü ilin mart ayında səyyar qəbullar
və yerlərdə çoxsaylı görüşlər keçirilmişdir.
Keçirilən 4 səyyar qəbul və görüşlərdə 800-dən çox sakinin iştirakı ilə 70-dən
çox müraciət dinlənilmişdir.
Vətəndaşların müraciətləri əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış
evlərinin və köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin
abadlaşdırılması, həyətlərdə istirahət və əyləncə guşələrinin yaradılması, binaların
fasadlarının, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya və su xətlərinin təmiri, küçə və
həyətlərin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, iş ilə təmin, ağacların
budanması və ya götürülməsi, avtomobillərin parkinq məsələlərinin tənzimlənməsi,
məişət tullantıları üçün konteynerlərin qoyulması və s. məsələlərlə bağlı olmuşdur.
Qaldırılan məslələrin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah
verilərək aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli
istiqamətində operativ tədbirlər görülmüşdür.
Qəbullar və görüşlər zamanı ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın
rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər, həmçinin
2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin
ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl
dövlət siyasətinin tərkib hissəsi, dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən
biri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının növbəti 29-cu sessiyasının ölkəmizdə keçirilməsi barədə
yekdil qərarın qəbul edilməsinin ölkəmizə beynəlxalq səviyyədə olan hörmət və
etimadın göstəricisi olduğu qeyd edilmişdir.
Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının
təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində
görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla
müraciət etmək, təklif və rəylərin verilməsi imkanının olduğu sakinlərin diqqətinə
çatdırılmışdır.

dia-az.info

Nəsimi rayonunda 2024-cü ilin mart ayında səyyar qəbulları keçirilmişdir
Nəsimi rayonunda 2024-cü ilin mart ayında səyyar qəbulları keçirilmişdir
Nəsimi rayonunda 2024-cü ilin mart ayında səyyar qəbulları keçirilmişdir
Geri qayıt