Əsas Səhifə > Güney Press > Ermənistan parlamentinin sədri Aİ spikerlərinin görüşünə

Ermənistan parlamentinin sədri Aİ spikerlərinin görüşünə


29-03-2024, 12:37
Ermənistan parlamentinin sədri Aİ spikerlərinin görüşünə
"Ermənistan ilk dəfə Avropa İttifaqı ölkələrinin parlament sədrlərinin apreldə İspaniyada keçiriləcək görüşündə iştirak edəcək".

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

“Ermənistan ilk dəfə olaraq gələn ayın ortalarında İspaniyada keçiriləcək Aİ ölkələrinin parlament sədrlərinin görüşündə iştirak edəcək. Ermənistan ilk dəfədir ki, bu görüşə dəvət olunub”, - o qeyd edib.

Ermənistan spikeri əlavə edib ki, hazırda postsovet ölkələrinin heç birində belə bir dəvət yoxdur, hətta Aİ-yə üzvlük üçün müraciət edən ölkələr də dəvət olunmayıb.

Geri qayıt