Əsas Səhifə > Güney Press, Reklam > “Gələcək iş, gələcəyi dəyiş!” əmək və karyera sərgisi

“Gələcək iş, gələcəyi dəyiş!” əmək və karyera sərgisi


30-03-2024, 13:39
“Gələcək iş, gələcəyi dəyiş!” əmək və karyera sərgisi
Aprelin 2-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye
İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), “StrategEast” şirkəti, Avropa Yenidənqurma
və İnkişaf Bankı (AYİB) və Bakı Ali Neft Məktəbi (BANM) 4-cü sənaye inqilabı sahəsində əmək və
karyera sərgisini təşkil edir.
Tədbir 2 aprel 2024-cü il, 15.00-19.00 saatlarında BANM-in Bayıl korpusunda baş tutacaq. IT
HUB Azərbaycan karyera sərgisi “Gələcək iş, gələcəyi dəyiş!” devizi ilə keçiriləcək.
Tədbirdə Deloitte, KPMG, McKinsey, SAP, AZAL, Mərkəzi Bank, Kapital Bank, Paşa Bank, ABB
Bank, Azər Türk Bank, Access Bank, Express Bank, Yelo Bank, Xalq Bank, Azericard, Smart
Solutions, Prosol, Azfen, Azpetrol, Azerconnect, Pasha Capital, Pasha Technology, TƏBİB,
Energetika Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İctimai
TV və digər aparıcı şirkətlər və dövlət müəssisələri iştirak edəcəklər. Sərgidə texnologiya,
rəqəmsal ticarət, proqramlaşdırma, kibertəhlükəsizlik, süni intellekt, data analitika, bir sözlə İKT
və rəqəmsal sektora aid ediləcək vakant iş yerləri, təcrübə proqramları və karyera imkanları
barədə məlumat veriləcək. Karyera sərgisində İKT və rəqəmsal sahələrdə təhsilini başa
vurmaqda olan sonuncu kurs tələbələri və məzunlar, eləcə də müxtəlif İKT tədris proqramlarında
özünü təkmilləşdirmiş gənclər iştirak edə bilərlər. Əmək yarmarkasında iştirak edəcək gənclər bu
linkdə qeydiyyatdan keçə bilərlər: https://azerbaijan.jobfair.strategeast.org


dia-az.info



Geri qayıt