Əsas Səhifə > Güney Press > "Xəzər-Lada" səhmdarlarına dividend və mükafat verəcək

"Xəzər-Lada" səhmdarlarına dividend və mükafat verəcək


16-04-2024, 00:02
"Xəzər-Lada" səhmdarlarına dividend və mükafat verəcək
2024-cü il mayın 23-də saat 12-də "Xəzər-Lada" açıq səhmdar cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Dia-az.info xəbər verir ki, yığıncaq Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 16-cı km ünvanda cəmiyyətin inzibati binasının konfrans zalında olacaq.
Yığıncağın gündəliyi:

1. İllik hesabat;

2. Təftiş komissiyasının illik aktının müzakirəsi;

3. İdarə Heyətinin yeni tərkibinin seçilməsi;

4. Müşahidə Şurasının yeni tərkibinin seçilməsi;

5. Təftiş komissiyasının yeni tərkibinin seçilməsi;

6. Dividend və mükafatların verilməsi;

7. Kənar auditorun təsdiq edilməsi.

Səhmdarlar yığıncağın gündəliyi və materialı ilə cəmiyyətin mühasıbatlığında tanış ola bilərlər.

Ümumi yığıncağa şəxsiyyət vəsiqəsi ilə gəlmək xahiş edilir.

Geri qayıt