Əsas Səhifə > Güney Press > “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev həbs olunub

“Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev həbs olunub


15-04-2024, 15:17
“Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev həbs olunub
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib.

Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.

Geri qayıt