Əsas Səhifə > Güney Press > Tərtərdə akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

Tərtərdə akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib


15-04-2024, 16:19
 Tərtərdə akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib
Aprelin 15-də Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə
təşkilatçılığı ilə YAP Tərtər rayon təşkilatının inzibati binasında akademik Zərifə xanım
Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP
Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Tərtər Rayon Mərkəzi Xəstəxanasının
kollektivi iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və
torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir
dəqiqəlik sükutla yad edilib.
Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov akademik Zərifə
xanım Əliyevanın həyat və elmi fəaliyyəti barədə çıxış edərək bildirib ki, 1981-ci ildə
oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası
sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya
aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik
M.İ.Averbax adına mükafatına layiq görülüb. Professor Zərifə Əliyeva həmin mükafata
layiq görülən ilk qadın idi.
Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov öz çıxışında bildirmişdir ki,
Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor,
Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın vəfat
etməsinin 39-cu ili tamam olur. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl
ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin
inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə
dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə
qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və
effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə
geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi
olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası, məhz akademik Zərifə Əliyevanın
təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu
daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların
hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların
böyük bir nəslini formalaşdırmışdır. Zərifə xanım Əliyevanın çoxcəhətli elmi, tibbi
fəaliyyəti təkcə, öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və
aktuallığını qoruyur.
Rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Sərxan Cəlahani, rayon
mərkəzi xəstəxanasının oftomoloqu Yeganə Əlişova və xəstəxananın fizoterapeya
kabinetinin müdiri Zəhra Hüseynova “Zərifə xanım Əliyevanın həyatı və elmi fəaliyyəti
ilə bağlı məruzələrlə çıxış ediblər.

Geri qayıt