Əsas Səhifə > Güney Press > "Rusiya İrəvana Qərblə oynamağa icazə verir"

"Rusiya İrəvana Qərblə oynamağa icazə verir"


15-04-2024, 17:01
"Rusiya İrəvana Qərblə oynamağa icazə verir"
“Moskvanın "qırmızı xətlər"i bəllidir. Hərbi baza, Türkiyə, İran və Azərbaycanla sərhəddə sərhədçilər, strateji aktivlər, KTMT və Aİİ-yə üzvlük, ikitərəfli razılaşmalar və hava-desant qüvvələrinin birgə qruplaşdırılması. Ukraynadakı müharibədən çox şey asılıdır. Rusiya qalib gəlsə, Paşinyan Kremlin "qırmızı xətlər"ini keçmədiyini göstərəcək. Rusiyanın Ukraynada məğlubiyyəti halında Paşinyanın "qırmızı xətlər"in keçilməsi ilə bağlı Qərbin xeyrinə hazır qərarları olacaq”.

Bu fikirləri Bakupost.az -a politoloq Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, Qərbin fəallaşması Paşinyanı anti-Rusiya ritorikasının səviyyəsini qaldırmağa, KTMT-yə üzvlüyünü "dondurmağa və rus sərhədçilərini hava limanından çıxarmağa sövq etdi:
"Bu qərarlar Qərbə ümid verib ki, proses başlayıb. Ona görə də avqustun 1-də sərhədçilərin hava limanından çıxarılması, "Dünya xəritəsi"ndə hansı alternativlərin olacağı və İrəvanın növbəti addımları vacibdir".
Politoloq qeyd edib ki, Rusiya hazırda Ermənistanla bağlı bəyanatlardan başqa heç bir əməli addım atmır. Aydındır ki, "qırmızı xətlər" keçilməyib:
“Rusiya Ermənistanın sözdən əmələ keçəcəyi dövrü gözləyir. Məhz bundan sonra Moskva öz sözünü deyəcək. Ruslar Azərbaycan və Türkiyənin fəaliyyətini məhdudlaşdırmaq üçün Ermənistana Qərblə oynamağa, dəstək almağa icazə verir. Paşinyan Rusiyanın inteqrasiya layihələrindən və ikitərəfli strateji razılaşmalardan çıxmır, lakin anti-Rusiya ritorikası və kosmetik addımlarla Qərbin dəstəyini alır”.

Geri qayıt