Əsas Səhifə > Güney Press > Azərbaycanda da LGBT-nin təbliğinə qadağa qoyulmalıdır

Azərbaycanda da LGBT-nin təbliğinə qadağa qoyulmalıdır


15-04-2024, 17:15
Azərbaycanda da LGBT-nin təbliğinə qadağa qoyulmalıdır
ABŞ-yə köçən və orada çalışan azərbaycanlı jurnalist Natiq Atakişiyev (Nailəoğlu) evlənib. O, telejurnalist Endryu Kordner adlı bəylə nikaha girib. Natiq fevralın 15-də evlənsə də, məlumatı bu gün açıqlayıb. Qeyd edək ki, Natiq Atakişiyev uzun müddət Azərbaycanda televiziyada çalışıb. Bir müddət öncə ABŞ-yə müxbir kimi ezam olunub. Hazırda xarici media qurumunda Amerika müxbiri kimi fəaliyyət göstərir.
Son zamanlar LGBT-nin bu qədər geniş yayılmasının səbəbi nədir?

Mövzu ətrafında fikirlərini ''Sherg.az''a bölüşən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, bu məsələni ölkə mediasında müzakirəyə çıxarmaq olmaz:

"Çünki bu açıq şəkildə rəzalət və mundarlıqdır. Yəni, dünyada bundan utancverici bir hadisə yoxdur. Bu kimi halları tanınmış şəxslərin adından vermək gənclərin şüuruna yeridərək normal qəbul etməyə çalışmaq deməkdir. Yaxşı olardı ki, belə məlumatlar sosial şəbəkələrdə və mediada verilməsin. Bu yayıldıqca adi qəbul edilməyə başlayır. Təbii ki, insan həyatını istədiyi kimi yaşaya bilər. Ancaq bunu təbliğ etməyə imkan verilməməlidir. Uzun müddətdir ki, LGBT-nin geniş yayılması ilə bağlı məqsədli şəkildə qlobal prosses gedir. Həmçinin, dünyada bu proqramlara milyarlarla dollar pul ayrılır. Azərbaycanda da LGBT-nin təbliği ilə bağlı milyonlarla vəsait sərf olunub. Son vaxtlar həmin üzvün nümayəndələrinin artması danılmaz faktdır. Onların bioloji və psixoloji xəstə olmaları isə müzakirə ediləndir. Bu səbəbdən dövlət xüsusi reablitasiya mərkəzləri açmalıdır və həmin şəxslər məcburi müalicəyə cəlb olunmalıdır. Rusiyada olduğu kimi, Azərbaycanda da LGBT-nin təbliğinə qadağa qoyulmalıdır. Rusiyada bu prosses terror hesab olunur. Cəmiyyət anlamalıdır ki, onlar psixi, mənəvi-psixi, nevroloji xəstələrdir. Təəssüf ki, həmin şəxslərə sosyal şəbəkələrdə dəstək verilərək nüfuz qazandırılır. Bu sahədə ümid yalnız dövlətə qalıb".

Geri qayıt