Əsas Səhifə > Güney Press > Xankəndidə 37 silah aşkarlanıb

Xankəndidə 37 silah aşkarlanıb


16-04-2024, 10:00
Xankəndidə 37 silah aşkarlanıb
Xankəndi şəhərində 37 silah aşkarlanıb.

Bu barədə dia-az.info-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 15-də Xankəndi şəhəri ərazisindən 27 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 pulemyot-tapança, 4 tapança, 3 tüfəng, 14 qumbara, 1 qumbaraatan, 5 alışdırıcı, 3 mina başlığı, 2 mərmi, 15 pulemyot lenti, 74 patron darağı, 3130 ədəd müxtəlif çaplı patron, 2 rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

Həmçinin polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi çərçivəsində paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 tüfəng və 28 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

Bundan başqa, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirləri çərçivəsində ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

Geri qayıt