Əsas Səhifə > Güney Press > Azərbaycanlı jurnalist PKK tərəfdarlarının hücumuna məruz qalıb

Azərbaycanlı jurnalist PKK tərəfdarlarının hücumuna məruz qalıb


16-04-2024, 10:47
Azərbaycanlı jurnalist PKK tərəfdarlarının hücumuna məruz qalıb
Avropada yaşayan azərbaycanlı jurnalist Xəyal Əzizbəyli bir qrup PKK tərəfdarlarını hücumuna məruz qalıb.
Gununsesi.info-nun məlumatına görə, hadisə Strasburqda Avropa Şurası Parlament Assambleyasının binası qarşısında baş verib.
Hazırda Türkiyədə həbsdə olan Abdullah Öcalana azadlıq tələbi ilə aksiya keçirən şəxslərlə Xəyal Əzizbəyli arasında qısa dialoq sonradan jurnalistə hücumla nəticələnib.
Jurnalistin aksiya barədə onlara verdiyi sualdan qəzəblənən PKK tərəfdarları Xəyal Əzizbəyliyə çoxsaylı bədən xəsarəti yetiriblər.
Jurnalist polis əməkdaşları tərəfindən ekspertizadan keçirilməsi üçün xəstəxanaya aparılıb.

Geri qayıt