Əsas Səhifə > Güney Press > "Onları efirə çıxarmaq lazım deyil"

"Onları efirə çıxarmaq lazım deyil"


16-04-2024, 12:02
"Onları efirə çıxarmaq lazım deyil"
“Səsi, sənəti yoxdur, amma tanınır deyə, onları efirə çıxarmaq lazım deyil”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış prodüser Asif Kərimov “Günaydın Azərbaycan” verilişində deyib.

O, sənəti və səsi olmayan, amma populyar olan müğənnilərin reytinq xatirinə efirlərdə meydan sulamasına qarşı çıxıb. Prodüser bu məsələdə aparıcıları qınayıb:

“O qədər gözəl səsi olan tanınmamış müğənnilər var ki, onları çıxarın efirə. 200 elə müğənninin adını çəkərəm. Səviyyəli bir verilişlə də reytinq yığmaq olar. Səsi, sənəti yoxdur, amma tanınır deyə, onları efirə çıxarmaq lazım deyil. Onlara baxanda panik atak tutur məni”.

Geri qayıt