Əsas Səhifə > Güney Press > Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilib

Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilib

16-04-2024, 12:07
Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü
ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinın birgə təşkilatçılığı ilə Bakı
şəhərinin bütün rayonlarını əhatə edən məhəllələrarası mini futbol turnirinə
start verilib.
2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2
mərhələdən - rayon və şəhər mərhələlərindən ibarət olan futbol
yarışmasının əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin
tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.
Yarışlar Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai
Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın
qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi
çərçivəsində yaradılan abad məhəllələrdəki mini-futbol stadionlarında
keçirilir. Olimpia sistemi üzrə keçirilən yarışda ümumilikdə 1152 gənc
idmançının yer aldığı 96 komanda iştirak edir.
Yarışların birinci turu aprelin 20-nə kimi paytaxt rayonlarında baş
tutacaq, daha sonra isə rayon yarışlarının qalibləri Bakı şəhər
mərhələsində yarışacaqlar. Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil
edilən turnirə mayin 3-də final oyunları ilə yekun vurulacaqdır.Yarışların
qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Turnirin rayon mərhələlərinə artıq start verilib. Açılış mərasimlərində
iştirak edən rəsmilər, idman mütəxəssisləri yarışlar barədə məlumat verib
və yeniyetmələrə turnurdə uğurlar arzulayıblar.
Hazırda turnirin rayon mərhələləri davam edir.

Geri qayıt