Əsas Səhifə > Güney Press > Ermənistanın Səhiyyə Nazirliyində axtarış aparılıb

Ermənistanın Səhiyyə Nazirliyində axtarış aparılıb


16-04-2024, 12:38
Ermənistanın Səhiyyə Nazirliyində axtarış aparılıb
Ermənistanın İstintaq Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları birgə istintaqı aparılan cinayət işi çərçivəsində Səhiyyə Nazirliyində və tibb mərkəzlərindən birində axtarışlara başlayıb.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, əməliyyat-istintaq tədbirləri komitədə konstitusiya quruluşunun dəyişdirilməsi və ictimai asayişin pozulmasına cəhd faktı üzrə araşdırılan cinayət işi çərçivəsində həyata keçirilir.

Ermənistanın İstintaq Komitəsindən bildirilib ki, əməliyyatın təfərrüatları barədə əlavə məlumat veriləcək.

Geri qayıt