Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Azərbaycan nümayəndə heyətinin AŞ PA-ya qayıtmasından şad olarıq, amma…"

“Azərbaycan nümayəndə heyətinin AŞ PA-ya qayıtmasından şad olarıq, amma…"


17-04-2024, 09:49
“Azərbaycan nümayəndə heyətinin AŞ PA-ya qayıtmasından şad olarıq, amma…"
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin mandatının təsdiqlənməməsinin 4 ayı tamam olur.

Artıq qurumun 2024-cü il üçün ikinci sessiyasıdır ki, Azərbaycan nümayəndə heyəti orada yoxdur.

Ötən müddət ərzində rəsmi Bakı yaranmış gərginliyə görə Avropa Şurasını ittiham edib.

AŞ PA-da Azərbaycan hökumətinin əsas tənqidçilərindən biri olan almaniyalı deputat Frank Şvabe Gununsesi.info-ya müsahibə verib.

Avropa Şurasının dəyərlər və qayda-qanunlara sadiq təşkilat olduğunu vurğulayan Frank Şvabe bildirir ki, quruma üzv olan hər bir dövlət bu dəyərlərə sahib çıxmalıdır: “Əgər hansısa dövlət bu dəyərlərə, öhdəliklərə əməl etmirsə, onun inkişafından söhbət gedə bilməz. Yanvar ayından hazırki günə kimi vəziyyət daha da pis olub. “Toplum” TV -nin bağlanması və yeni həbslər Azərbaycan üçün yaxşı hal deyil.Azərbaycan hökuməti siyasi məhbusları azad etməlidir. Azərbaycanın təşkilat qarşısında öhdəlikləri var. Bu öhdəlikləri görməli və ona əməl etməlidir. Bu üzv olan bütün ölkələrə aiddir. Azərbaycan yaxın gələcəkdə siyasi məhbusları azad edəcəksə, ölkədə vəziyyəti dəyişəcəksə, yenə də aramızda olacaq. Azərbaycanın nümayəndə heyətinin AŞ PA-ya qayıtmasından şad olarıq. Mən Bakıda yaşamıram, amma eşidirəm ki, hər gün həbs edilənlərin sayı artır. Azərbaycan nümayəndə heyəti AŞ PA-ya qayıtmaq istəyirsə, vəziyyətin dəyişməsinə nail olmalıdır. Azərbaycan bizə qarşı yox, bizimlə birgıə işləməyə razı olduğunu göstərməlidir”.

Geri qayıt