Əsas Səhifə > Güney Press > "Artıq məşğul olacaqları problem qalmayıb"

"Artıq məşğul olacaqları problem qalmayıb"


17-04-2024, 15:53
"Artıq məşğul olacaqları problem qalmayıb"
Rusiya sülhməramlı qüvvələrinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarından çıxması haqda müəyyən görüntülər yayılıb. Gün ərzində rəsmi şəxslərdən bu hərəkətliliyin səbəbi barədə açıqlamalar verilib.
Məsələ ilə əlaqədar hərbi ekspert Elxan Şıxəliyev Bizimyol.info xəbər portalının suallarını şərh edib.

"Görüntülərdən anlaşılan odur ki, Rusiya Silahlı Qüvvələrinin Komandanlığı Qarabağda dislokasiya olunmuş sülhməramlı qüvvələrinin növbəti mərhələsini geriyə - öz hərbi hissələrinə qaytarır. Bunlar Cənub Hərbi Dairəsinin tərkib hissəsinə tabe olan hərbi hissədir. Onlar 2025-ci ilədək Qarabağa ezam olunmuşdular.

Rusiya indi fikirləşir ki, onların orda olmasına ehtiyac yoxdur. Səbəb də odur ki, artıq onların təyinatına uyğun obyekt və subekt daha mövcud deyil. Vəziyyət elə dəyişdi ki, onların məşğul olacaqları problem artıq yoxdur. İndi Rusiyadan uzaq bu hərbi şəxslərin, texnikaların burada qalmasını təmin etmək əlavə xərc gərəkdirir. Onların yemək, yanacaq, hərbi hissənin saxlanması kimi digər zəruri tələbatları var. Bütün bunlar Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya üçün əlavə xərcdir. İndi Rusiyanın həmin şəxsi heyətə və zirehli texnikaya başqa yerlərdə daha çox ehtiyacı var. O hərbi hissənin hamısını Qarabağdan çıxardıqdan sonra, elan edəcəklər. Mən düşünürəm ki, bunu 2025-ci ildə bəyan edəcəklər. Həmin vaxtadək bir tağıma qədər şəxsi heyət hələ tam daşınmamış hərbi hissənin mühafizəsi üçün saxlanıla bilər. Görünən odur ki, Rusiya hökuməti artıq bu "evə qayıdış" qərarını verib və qəti addım atmağı qəbul edib" - deyə, hərbi ekspert qeyd edib.

Geri qayıt