Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Rus qoşununun gedişinə FATİHƏ...

Rus qoşununun gedişinə FATİHƏ...


18-04-2024, 08:08
Rus qoşununun gedişinə FATİHƏ...
Rusiya ordusu gedən yerdən, adətən, rus mədəniyyəti də buxarlanır.
Çünki ərəblər kimi ruslar da evlərindən kənara çıxanda hər tərəfdən barbar deyil, yorğun xalqlarla əhatə olunmuşdular.
Xalq nə vaxt yorulur? Mədəni ehtiyatlarını istismar edib bitirəndə. Yunanlar o vaxt çökdülər ki, ellinizm artıq onlara heç nə verə bilmirdi. Romalılar həmçinin antik Roma mədəniyyətini istismar edib bitirəndən sonra yetim-yesirin inancından yapışmağa məhkum oldular. Səfəvilər, Osmanlılar əbədi güc mənbəyi kimi inandıqları islamı yeyib-bitirəndən sonra çökdülər.
Bu gün də Azərbaycan xalqı pətəkdəki bütün balı yeyib kökəlmiş arıya bənzəyir. Sabah aclıq güc gələndə o qarın doyuran hər şeyi mədəniyyət kimi, din kimi qəbul edəcək.
Bir də gördün bu dəfə də Çin bizi buddistləşdirdi.

Aqşin Yenisey - dia-az.info

Geri qayıt