Əsas Səhifə > Güney Press > “Qaradağ Tikinti Materialları” ASC səhmdarları toplanır

“Qaradağ Tikinti Materialları” ASC səhmdarları toplanır


18-04-2024, 08:51
“Qaradağ Tikinti Materialları” ASC səhmdarları toplanır
31 may 2024-cü il saat 11.00-da “Qaradağ Tikinti Materialları” ASC səhmdarlarının növbəti illik ümumi yı­ğıncağı keçiriləcək.

FED.az xəbər verir ki, gündəlikdəki məsələlərə daxildir:

1. Səhmdar cəmiyyətin 2023-cü ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekun­larının müzakirəsi və təsdiqi.

2. Səhmdar cəmiyyətin səhmdarları tərəfindən yeni investorların cəlb edil­məsi istiqamətində müvafiq tədbirlərin görülməsinin müzakirəsi.

3. Səhmdar cəmiyyətin fəaliyyətinin genişləndirilməsi məqsədilə gələcəkdə görüləcək işlər barədə müzakirələrin aparılması.

4. Digər məsələlər.

Ünvan- Bakı şəhəri, Qaradağ rayo­nu, Qaradağ Lahmacun kafesi (Salyan şossesi 30-cu km).

Geri qayıt