Əsas Səhifə > Güney Press > Xankəndidə qumbara və avtomatlar tapılıb

Xankəndidə qumbara və avtomatlar tapılıb


18-04-2024, 09:39
Xankəndidə qumbara və avtomatlar tapılıb
Polis əməkdaşları Xankəndidə qumbara və avtomatlar tapıblar.

Bu barədə Dia-az.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 17-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 7 tüfəng, 1 qumbara, 6 alışdırıcı, 17 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Geri qayıt