Əsas Səhifə > Güney Press > Şirkətlər 80 milyon manat depoziti "Rabitəbank"dan geri çəkib
Şirkətlər 80 milyon manat depoziti "Rabitəbank"dan geri çəkib18-04-2024, 10:48 |
Azərbaycanda şirkətlər son üç ayda “Rabitəbank”dan 80 milyon manat depoziti geri çəkib. Bu barədə İqtisadiyyat.az bankın maliyyə hesabatından məlumat əldə edib. Belə ki, 2024-cü ilin əvvəli ilə müqayisədə birinci rübün sonuna bankın hüquqi şəxslərin əmanət portfeli 308,4 milyon manatdan 228,7 milyon manata enib. Bu isə son üç ayda sözügedən portfelin 25,8% və ya 79,7 milyon manat “əriməsi” deməkdir. Fiziki şəxslərin əmanətləri isə bu ilin birinci rübündə 1,2% və ya 5,3 milyon manat artaraq 450,7 milyon manata çatıb. Əhalinin bankdakı əmanətləri nisbətən artsa da, depozit portfelində ümumi azalmanı kompensasiya edə bilməyib. Son nəticədə “Rabitəbank”ın əmanət portfeli ilk rübdə 10% və ya 74,4 milyon manat azalaraq 679,4 milyon manata düşüb. Bu isə bankın öhdəliklərinin həcminin 1,02 mlrd. manatdan 959,4 milyon manata kimi azalmasına təsir edib. Geri qayıt |