Əsas Səhifə > Güney Press > “Gomas Auto” məhkəməyə verildi

“Gomas Auto” məhkəməyə verildi


19-04-2024, 08:48
“Gomas Auto” məhkəməyə verildi
"GOMAS AUTO" MMC növbəti dəfə eyni səbəblə məhkəməlik olub.

32gun.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə (Iqtisadi Fəaliyyət Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol tərtib edilib. Hazırlanmış protokol Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilib.
Əldə etdiyimiz məlumata görə, şirkətin hazırda 1 milyon 112 min 601 manat vergi borcu var.

Bildirək ki, nizamanmə kapitalı 20 AZN olan şirkətin hazırki qanuni təmsilçisi ELVİN SƏFİYEV ARİF OĞLUdur.

Qeyd edək ki, şirkətin qanuni təmsilçisi bir neçə ay öncə Qoşqar Əsədzadə Bayramoğlu göstərilirdi.
Məlumatlara görə, Hətta külli miqdarda vergi borcu olan şirkətin əsl sahibi də odur.
Gomas Auto "Monza" yağlarının Azərbaycandakı rəsmi distribütorudur.

“Gomas Auto” məhkəməyə verildi

Geri qayıt