Əsas Səhifə > Güney Press, Üst manşet > Burada rəsmən ZAY MƏHSUL satırlar...

Burada rəsmən ZAY MƏHSUL satırlar...


19-04-2024, 09:09
Burada rəsmən ZAY MƏHSUL satırlar...
" "Umico"... Bu adı yəqin hamınız eşitmisiniz. 6 apreldə 1 qulaqcıq (nauşnik) sifariş verdim (kaş verməzdim)! Səbirsizliklə gözləyirəm ki, istifadə edəcəm. Gələnə kimi hər şey qaydasında idi, açdım ki, çox keyfiyyətsiz bir materialdandır, göründüyü kimi deyil, özü də 50% endirimlə 38 manat. Nəysə bluetooth-u açdım ki, qoşum səsi yoxlayam o da qoşulmadı". Dia-az.info bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Vüsal Həsənov adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: "Nəysə... əsəblərim pozuldu və "Umico"ya şikayət elədim. Geri dönüş etdilər və bildirdilər ki, geri qaytara bilmərik, açılıbdır. İndiyə kimi hər gün yazıram ki, mən bunu almışam istifadə edim, bu zay mal olandan sonra, işləməyəndən sonra nə etməliyəm?? Dedilər qaytara bilmərik, Vəssalam. Hər gün də yazıram, sizinlə əlaqə saxlayacaqlar deyib, yola verirlər!
Şəkilini əlavə edirəm.
Sizdən soruşmaq istəyirəm: Belə hallarda qanunvericilik nə deyir və mənim addımım necə olmalıdır ki, qaytarım?"

Burada rəsmən ZAY MƏHSUL satırlar...

Geri qayıt