Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT


19-04-2024, 11:56
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub.

Manset.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə Qoşunlarının kadrlar şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, H.Hacıyev bir müddət öncə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Geri qayıt