Əsas Səhifə > Güney Press > Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Korgöz qəsəbəsində səyyar qəbul keçirib

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Korgöz qəsəbəsində səyyar qəbul keçirib


19-04-2024, 16:40
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Korgöz qəsəbəsində səyyar qəbul keçirib
19 aprel 2024-cü il tarixində Qaradağ Rayon İcra
Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Korgöz
qəsəbəsində səyyar qəbulu keçirilmişdir.
Qəbulda Korgöz qəsəbə sakinləri, həmçinin rayonun
hüquq mühafizə orqanlarının, idarə, müəssisə və
təşkilatlarının rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 50-ə yaxın qəsəbə sakinləri
iştirak etmişdir.
Sakinləri 11 nəfəri fərdi qaydada dinləyən Rayon İcra
Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan
məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların
rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi
müraciətlər yerindəcə həll edilmişdir.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi
məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən
yüksək diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-
prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin
Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə
də əhali ilə görüşlər davam etdiriləcəkdir.


Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Korgöz qəsəbəsində səyyar qəbul keçirib
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Korgöz qəsəbəsində səyyar qəbul keçirib

Geri qayıt