Əsas Səhifə > Güney Press > Azərbaycanda unun qiyməti aşağı düşüb

Azərbaycanda unun qiyməti aşağı düşüb


22-04-2024, 15:10
Azərbaycanda unun qiyməti aşağı düşüb
Azərbaycanda unun qiyməti ucuzlaşıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, topdan satışda unun qiymətində ucuzlaşma baş verib. Bu barədə alıcılar məlumat veriblər.
"Dəvəçi-Dəyirman" MMC-nin səlahiyyətli nümayəndəsi Vidadi Ələsgərov Sputnik Azərbaycan-a açıqlamasında unun qiymətinin ucuzlaşdığını təsdiqləyib. Amma bunun cüzi ucuzlaşma olduğunu bildirib:
"Bir kisə 50 kiloqramlıq əla növ unun qiyməti 24 manat 80 qəpiyə enib. Bir neçə gün əvvəl 50 kiloqramlıq əla növ unu 25 manat 20 qəpiyə satırdıq. Bir kisədə cəmi 40 qəpik ucuzlaşma baş verib. Bunun da səbəbi ölkəyə unun gəlməsidir. Hamı mövsümə görə anbarını boşaltmağa başlayıb. Bazarda təklif tələbi üstələyib. Ona görə də qiymətdə cüzi ucuzlaşma baş verib".

Vidadi Ələsgərov biçin mövsümündə də unun qiymətinin ucuzlaşmasının davam edəcəyini söyləyib.
"Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov isə Sputnik Azərbaycan-a bildirib ki, çörəyin qiymətində ucuzlaşma olmayacaq.
"50 kiloqramlıq kisədə 40 qəpik ucuzlaşma çörəyin qiymətinə təsir edəcək həddə deyil. Qiymət ən azı bir neçə manat düşməlidir ki, çörəyin maya dəyərinə təsir etsin" - Söhrab Cabbarov bildirib.
Qeyd edək ki, pərakəndə satış şəbəkələrində də unun qiymətində ucuzlaşma müşahidə olunur. "Anadolu" əla növ unun 1 kiloqramının qiyməti 1 manat 30 qəpikdən 65 qəpiyə enib. Hazırda satışda "Anadolu" 1 kiloqram 942 qramlıq un paketləri 1 manat 26 qəpiyə təklif olunur. 5 kilqoramlıq "Anadolu" un kisəsi 6 manat 15 qəpikdən 3 manat 79 qəpiyə düşüb.

Geri qayıt